CARTIER tikansız kaktus çiçəkləri. Zərgərlikdə inqilabçı dizayn.

38131
 
 
Cəsur və parlaq zinət əşyaları mütləq sevginin ifadəsidir. CARTIER ənənəvi hal alan ilham mənbələrindən uzaqlaşaraq bu qeyri-adi çiçəklərin sirli gözəlliyini açdı.
 
Dəbdəbəli Cactus de Cartier” kolleksiyası gecələr çiçək açan və gün çıxarkən şehlə örtülən möhtəşəm bitkilərə həsr olunub. Bu kolleksiya ilə CARTIER ənənələrini pozaraq, zərgərlik məhsullarına yeni məna bəxş etdi.  Həndəsi motivlər, kəsilmə detallar, qeyri-adi ölçülərə sahib kolleksiyaya daxil olan zinət əşyaları üçölçülü həcmdə qarşımıza çıxır. Bitkilərin füsünkar xətlərinin zümrüd, xrizopraz və serdolikdən olan parlaq çiçəklərlə örtüldüyü zinət əşyalarında qızıl və brilyantlar əyri xətlərlə kombinasiyada çiçək açır və onlara hərəkət azadlığı verir.
 
Kolleksiyanın təqdimatı oktyabrın 7-də Bakıdakı CARTIER butikində baş tutacaq. Tədbirin rəsmi dress-kodu olan qırmızı bibər və çili gecəni çılğın hislər yaradacaq qiymətli oazisə çevirməyi söz verir.
 
 
162608_cartier_logojpg

“Cartier” butiki
28 may küçəsi, 2A
Tel: +994124938929
Rəsmi Distribyutor Italdizain Group şirkəti
 
 
38133

38139

img_9185

38147

38137-1

38119

38127

38125

 

Şərhlər

Menyu