Chopard “Happy Hearts” kolleksiyasının yeni modellərini təqdim etdi #iamhappyheart

img_8829
 

22 sentyabr tarixində İsveçrə brendinin məşhur “Happy Hearts” kolleksiyasına yeni parlaq modellərin əlavə edilməsi münasibətilə Bakıdakı CHOPARD butikində parti təşkil olundu. Şıltaq atmosferə özünəməxsusluq bəxş edən ürək şəklindəki fənərlər zərgərlik kolleksiyasının əlvan çalarları ilə ahəng təşkil edirdi. DJ-in təqdim etdiyi maraqlı musiqi sədaları ilə yanaşı  “xoşbəxt brilyantların” parıltısı butikə füsünkar əhval-ruhiyyə bəxş edirdi.

Brendin pərəstişkarları üçün artıq illərdir tanış olan kolleksiyanın yeni çalarları işıq üzü gördü. Ənənəvi “Happy Hearts” zinət əşyaları ağ və ya çəhrayı qızıldan olan zəncirlərdə yerləşən bütöv firuzə, oniks və perlamutrdan ürəklərlə bəzədilib. Çalarların dolğunluğu hər kəsə bu zinət əşyalarını sevimli geyimlərlə uyğunlaşdırmağa imkan verir.

Tədbirin iştirakçıları gecə boyunca əyləncəli anlar yaşayaraq, selfi və parlaq foto-divarın fonunda şəkillər çəkdiriblər. Gecənin yekununda butikin direktoru Səbinə Şabanova və brendin regional meneceri Ksavyer Lasser ürək formalı tortlar üzərində yandırılan 40 şamı üfürürərək və “Happy Diamonds” kolleksiyasının yubileyini qeyd ediblər.
 
chopard
 
 
 

“Chopard” butiki
Zərifə Əliyeva küçəsi, 41,

Tel:+994124930208
Rəsmi Distribyutor Italdizain Group şirkəti
 
 
img_8840

img_8837

img_8838

img_8842

img_8839

img_8843

img_8844

Şərhlər

Menyu