Bruzkus Batek Architekten firmasının yeni bir layihəsi

Dizaynn
 

2007-ci ildə Berlində əsası qoyulan  Bruzkus Batek Architekten firmasının  yaradıcıları memarları Ester Bruzkus və Patrick Batek yeni layihələri ilə yenə diqqət mərkəzindədirlər. Bu dəfə çütlük interyerin bəzədilməsində minimalizmə üstünlük verib. Mənzilin iri pəncərələri, hündür olmayan tavanı interyerdə arakəsmələrdən istifadə etməyə imkan verib.

Dizaynerlər mənzilin rekonstruksiyası zamanı qarışıq üslüb və fərqli rəngləri eksperiment etməkdən də çəkinməyiblər.  İsti rənglərlə soyuq rəngin ahəngi mənzilə fərqli  hormoniya qatır. Mərmər üzlüklə bəzədilən mətbəx stolunun arxasında yerləşən vanna otağı mənzilin tam mərkəzində yerləşmib.

Qara rəngli şüşə ilə  bəzədilmiş vanna otağına müxtəlif istiqamətlərdən giriş mümkündür.  Vanna otağının daxili statuario mərməri ilə işlənmişdir.  Çəhrayı rəngli dolab vanna otağına tarixi ab-hava qatır. Yapon minimalizmindən ruhlanan dizaynerlər mənzildə ayrıca istirahət güşəsi yaradıblar. Bu güşə bağçaya açılan təbiət mənzərəsi ilə tamamlanır.
 
 
Hazırladı: Meriban Ağayeva
 
 
dizayn1

dizayn2

dizayn 3

dizayn5

dizayn7

 
 

Şərhlər

Menyu