Mikele Markon Bakıda! IDEA mebel salonunda dizaynerin master-klassı keçirildi.

img_3008
 
 
21 sentyabr tarixində IDEA mebel salonunda məşhur italyan dizayner Mikele Markonun master-klassı baş tutdu. Dizaynla məşğul olmağa qrafik incəsənət və reklamı öyrənməklə başlayan, daha sonra sənaye və interyer dizaynını öyrənən Mikele Markon təhsili ilə paralel olaraq sərgi stendlərinin və nümayiş zallarının hazırlanması ilə də məşğul olmuşdur. Məşhur italiyan dizayner Lino Kadoto ilə tanışlıqdan sonra həyatının dönüm nöqtəsini yaşayan Mikele günümüzdə mebel, interyer əşyaları, mənzillərin və ofislərin tərtibat layihələrinin hazırlanması ilə məşğul olur. İşlərində əl işi ağac, təbii dəri, güzgülü səthə üstünlük verən Mikelenin dizaynlarında istifadə olunan materiallar insanlarda daim mebel səthinə toxunma istəyini yaradır.
 
Bakıda interyer dizaynında trendsetter olan IDEA mebel salonu artıq 20 ildir ki, memarlıq dizaynı dahiləri ilə faydalı tədbirlər və eksklüziv görüşlər təşkil edir. Növbəti belə görüş 21 sentyabr tarixində mebel salonunun yeni nahar zalında milli adət-ənənələrimizə söykənən Azərbaycansayağı səhər yeməyi süfrəsi arxasında baş tutdu. Cənab Mikelenin həvəslə öz təcrübələrini bölüşdüyü tədbir qonaqları təəccübləndirməklə bərabər onlara yaradıcılıq dolu anlar yaşatdı.
 
Səmimi, mehriban ab-havası ilə diqqət cəlb edən tədbir dəvət olunan memar-dizaynerlər və sadiq dostlar üçün xoş surprizə çevrildi.
 
İtalyan сoşğunluğunun, zəngin təcrübələrin, faydalı məsləhətlərin, məhsuldar müzakirələrin edildiyi tədbir milli-tarixi memarlıq irsimizin təcəssümünü əks etdirirdi. İşıqlandırma mövzusuna xüsusi diqqət ayıraraq sözlərində müasir işıqlandırma metodları, interyer dekorasiyası üzrə öz sirlərini bölüşən, bu detalların önəmindən bəhs edən dizayner, eləcə də qonaqların bütün suallarına səmimiyyətlə cavab verdi.
 
Master-klassın yekununda isə qonaqlar bu mehriban görüşü xatirə şəkilləri ilə yaddaşlarına yazdılar.
 
Ünvan: Üzeyir Hacıbəyov keçəsi, 77 A
Tel: (+99412)4989660/61
 
 

img_3055

img_3038

img_8562

img_3054

img_3086

img_8564

img_3089

img_3019

img_2996

img_8561

img_8563

img_2989

img_2965

img_2962

img_3071

Şərhlər

Menyu