Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgisi – “Beauty Azerbaijan 2016” baş tutdu!

14316720_1164172813621438_8189252297127251473_n
 
 
19, 20, 21 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində ölkədə kosmetika sənayesinin aparıcı tədbiri hesab olunan Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgisi – “Beauty Azerbaijan 2016” keçirildi.
 
Keçirildiyi 10 il ərzində gözəllik sənayesinin peşəkar şəxslərini, sektorun məhsul və xidmət istehlakçılarını öz çətiri altına toplayan “Beauty Azerbaijan” forumunda bu illər ərzində ümumilikdə 250 şirkət iştirak etmiş və bu şirkətlər arasında da salon biznesinin müxtəlif istiqamətləri üzrə yerli və xarici istehsalçı və distribyutorlar yer almışdır.
 
Sərginin açılış mərasimində Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Elsevər Ağayev, Belarus Respublikası Səhiyyə Nazirinin müavini Valeriy Şevçuk, Azərbaycan Stomatoloji Assosiasiyasının sədri Rəna Əliyeva, TÜRSAB-ın sərgilər direktoru Sevinc Özkan Divrikli, İteca Caspian şirkətinin icraçı direktoru Fərid Məmmədov çıxışlarında sərginin faydalı əlaqələri, tərəfdaşları və gələcək planlarından söhbət açdılar.
 
“ITECA Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə baş tutan “Beauty Azerbaijan 2016” yubiley sərgisində 11 ölkəni təmsil edən 35 şirkət peşəkar kosmetologiya məhsullarını, gözəllik salonları üçün avadanlıqların geniş çeşidlərini, kosmetologiya aparatları və digər məhsullarını təqdim etdilər.
 
 
161-768x509
img_8222
img_8223
14324691_1164144120290974_616941656379742340_o

Şərhlər

Menyu