Ramin Musayevdən qadınlara özünü sevdirməyin 10 yolu

image
 

Qadınlar özlərini nə qədər yaxşı tanısalar da, kişilər bizi fərqli bucaq altında görür. Deyirlər qadına özünü sevdirmək qədər həyatda asan bir iş yoxdur, lakin kişilər hələ də qadınların həyatda nə istədikləri sualı ilə axtarışları davam edir. Bəzi kişilər isə bu suala artıq cavab tapa bilib. “Avtoqraf” jurnalının redaktoru və bloqer Ramin Musayevdən “Qadınlara özünü sevdirməyin neçə yolu var?” deyib soruşduqda aşağıdakıları qeyd etdi:
 
 

– “Qadınlar qulaqları ilə sevirlər”. Bu deyim qadınlarla ünsiyyətdə ilk və əsas qayda olmalıdır.

– Qadınları dinləyin. Yalnız xarizmatik, cazibədar olmaq və insanları əyləndirmək qadınlara özünüzü sevdirmək üçün kifayət deyil. Tanış olarkən ona həyatı və özü haqqında suallar verin və diqqətlə qulaq asın. Qadınlar özləri haqqında həvəslə danışırlar. Söhbət zamanı qadının nəyi sevdiyini və sevmədiyini də öyrənə bilərsiniz.

– Qadınlarla ünsiyyətdə yumor hissi çox vacib aspektlərdəndir. Şən, pozitiv və zarafatcıl olmaq əsas qaydadır. Çünki, pozitivlik hər zaman diqqəti cəlb edir. Standart zarafatlar etməyin, çalışın ki, daha orijinal və hazırcavab olasınız.

– Ünsiyyət zamanı səmimi olmaq vacibdir, hər şeyi olduğu kimi danışın, yalan danışmaq sonunda inamsızlığa gətirir. Fikirlərinizi deməkdən çəkinməyin. Hətta, onlar absurd olsa belə.

– Xoş sözlərdən istifadə edərkən, qadının üstünlüklərini cəzbedici və qeyri-standart şəkildə söyləyin. Xoşa gəlmək üçün yalan demək sizə heç nə qazandırmayacaq.

– Hər zaman gülümsəyərək və şən söhbətlər edərək hər ikinizin ürəkdən gülməyinizə şərait yaradın. Səmimi olun.

– Bacarmadığın nə isə varsa, etiraf etməkdən çəkinmə, hətta öyrənmək üçün onun köməyinə ehtiyacınızın olduğunu qeyd edin.

– Ünsiyyətdə olarkən onun gözlərinə baxaraq, diqqətlə dinləyin və anlamağa çalışın. Bu zaman nə deyəcəyinizi düşünməyin, sadəcə diqqətli dinləyici olun.

– Ona digərlərinin söyləmədiyi adla müraciət edin. Maraqlı və qarşınızdakının rəğbətini qazanacaq bir ləqəb.

– Onu təəccübləndirin. Ani görüşlər təşkil edərək, standartlardan kənara çıxın, sürpriz edin. Gecə dəniz kənarında velosiped gəzintisi bahalı restorana dəvətdən daha yadda qalan ola bilər.
 
 

Şərhlər

Menyu