“Səy-Yah” bloqu | Qara dəniz mirvarisinə səyahət

0873_-_kaukasus_2014_-_georgien_-_batumi_17349857412
 
 
Gürcüstanın Qara dəniz limanı, Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi yaxın regionda münasib qiymətə istirahət axtarışında olanların son illər ən çox bəyənilən səyahət lokasiyası ola bilmişdir.
 
Möhtəşəm Qara dəniz mənzərəsi, tarixi toxunuşlu memarlığı, lüks kazino otelleri, modern binaları, qədim kilsələri, Sovet Rusiyasından qalan binaları ilə heyranedici Batumi şəhəri…
 
 

Batumi Bulvarı
 
Şəhərin mərkəzindəki çimərlik boyunca uzanan Batumi bulvarında yerli əhali və turistlərin əlindən necə deyərlər iynə atsan yerə düşməz. Rəngarəng heykəllər, velosiped yolu, yaşıllıq zolaqları, kafe və restoranlar turistləri bura cəlb edən əsas amillərdir. Bulvar ərazisində yerləşən “Nuri Geli” gölü turistlərin diqqət mərkəzindədir. Burada təmiz hava qəbul etmək üçün gələnlərlə yanaşı, göldə balıq tutan insanlar da var.

 
 
batumi-boulevard-6
batumi-boulevard-5
batum-bulvari
 
 

Piazza meydanı

 

Avropa şəhərlərinin birinə səyahət edirmişsən kimi hissi yaradan Piazza meydanında müxtəlif hotel, restoran və kafelər mövcuddur.
Xoş musiqi sədalarının eşidildiyi bu meydan turistlərin ən sevimli yerlərindən biridir.
 

20160809_180455

65621

19
 
 


Avropa meydanı

 
Batumiyə səfər edirsinizsə Avropa meydanını görmədən geri dönməyin. Meydanda göyə ucaldılan, əlində qızıl qoyun dərisi tutmuş Medea heykəlini də görmək mümkündür. Heykəltəraşı David Kmaladze olan bu heykəlin hazırlanması 1 milyon lariyə başa gəlmişdir.

 
 
batumi-beach-tbilisi-holiday_2_europe-square-in-batumi-georgia
medea-heykeli-batum
 
 

Əlifba qülləsi
 
2012-ci ildə hazırlanan bu qüllə dəmirdəndir. Qüllə üzərinə gürcü əlifbası həkk olunub.
Əlifba qülləsinin uzunluğu 130 metrdir.
 
 
alfabe-kulesi

 
 


Məhəbbət heykəli

 
Digər adı ilə “Əli və Nino heykəli” Batumiyə gələn turistlərin görməyə can atdığı abidələrdəndir. Müəllifi Tamara Kvesitadze olan məhəbbət heykəli metaldan hazırlanıb. Hərəkət edən kişi və qadın heykəli hər 10 dəqiqədən bir birləşir. Qurban Səidin eyniadlı romanından ilhamlanaraq hazırlanan məhəbbət heykəli azərbaycanlı gənc Əli və gürcü qızı Ninonum sevgi simvoluna çevrilib.
 
 

4-moving-metal-sculpture-ali-and-nino-old-name-man-and-woman-by-tamara-kvesitadze-in-batumi-sourcesaiko3p-shutterstock-com_
 
manandwoman7
 
 

Müqəddəs Nikolay kilsəsi
 
Piazza meydanının yaxınlığında yerləşən bu möhtəşəm bina Osmanlı dövründə yunanlar tərəfindən tikilib. Osmanlı sultanı kilsədə zəng çalınmaması şərti ilə bu ibadət ocağının tikintisinə icazə vermişdir.

 
 
mg_4201
 
 


Batumi Botanika bağı

 
Şəhərin ən sakit, ən sərin və gözoxşayan yerlərindən biri olan və Qaradəniz sahilində yerləşən Botanika bağı ziyarətçilərinin ruhunu dincəldir. Əgər Batumi Botanika bağını ziyarət etməyə qərar vermisinizsə bağın sonlarına doğru Qara dənizə açılan möhtəşəm mənzərəni görmədən geri dönməyin.

 
 
76066813


 
 

Batumidə əyləncə
 
Gecə həyatı və kazinolarla da tanınan Batumiyə yuxarıdan tamaşa etmək istəyirsinizsə o zaman mütləq kanatla gəzməlisiniz. Şəhər mərkəzində yerləşən şeytan çarxı da şəhərə yuxarıdan tamaşa etməniz üçün düzgün seçimdir. Daha çox turistlərin axışdığı şəhər mərkəzindəki çimərlikdə də əylənə bilərsiniz. Batumi delfinariyası da həm əylənib, həm də istirahət etməniz üçün yaxşı məkandır.

 
 
371f3f9e8da2
buszh-bp2-igor-zh-shutterstock-discovering-batumi-by-bike-is-a-fantastic-experience
65626
 
 
Hazırladı: Nərmin Kərim 
 
 

Şərhlər

Menyu