IGEC kids. Sonsuz əyləncəli Halloween tədbiri

son-post
 
 
Hər keçən il artan izdihamı, rəngli görüntülərə səbəb olan çılğınlıqları, aylar əvvəldən başlayan hazırlıqları ilə Halloween uşaqların olduğu qədər böyüklərin də sevimli bayramıdır.
 
IGEC Kids qrupunun təşkilatçılığı, Zuleykha jurnalının media partnyorluğu ilə 29 oktyabr tarixində Bakının möhtəşəm mənzərəsinə açılan Jumeirah Hoteldə baş tutacaq tədbir qonaqların xatirəsində xoş izlər qoyacaq.
 
Dünya standartlarında keçiriləcək gecədə böyük bir həyəcan ilə bəzənən dekorasiya, Halloween simvolu balqabaqlar, qorxunc və bir o qədər də məzəli kostyumlar tədbirə özünəməxsusluq bəxş edəcək.
 
Əyləncəli musiqi sədaları altında keçiriləcək tədbirdə klounların şən zarafatları, müxtəlif oyunlar, hədiyyələr ilə balacalar unudulmaz anlar yaşayacaqlar. Hər kəsin sevimlisi, hit musiqiləri ilə könülləri fəth edən Aygün Kazımova, Nura Suri, Dilarə Kazımovanın unudulmaz anlar bəxş edəcəyi tədbir sizləri gözləyir!
 
Uşaqlarınızla müxtəlif oyunlar oynayıb, musiqilərin ritmi ilə yerinizdə dura bilməyəcəyiniz Halloween tədbirini qaçırmayın. Bu Halloweeni sözün əsl mənasında yüksək səviyyədə keçirin!
 
Biletləri IGEC Kids ofislərindən əldə edə bilərsiniz.
Əlaqə telefonları: 012 480 05 86, 070 264 50 85
 
 
11909200_1696235620662807_716728603_n
10299820_1666710196906478_929272913_n
img_7956
11910422_541428312678342_1464313109_n
12224074_988754541171253_248707815_n
img_7954
11373729_162069774145548_97935349_n
img_7955
11254107_1682735515295001_592078592_n
img_7957
10617186_1474668992842161_1569474311_n

Şərhlər

Menyu