Şərq havalı vintaj. Mərakeş sayağı dekor əşyaları.

image

 

Son dövrlərin ən çox seçim edilən tərzi vintaj interyer dekorasiyasında da özünəməxsus yer tutur.

Mərakeşin qədim elementlərini özündə əks etdirən vintaj üslublu şüşə qablar Şərq üslublu vintaj nümunəsi sayıla bilər. Ətir şüşəsi yaxud aksessuar olaraq istifadə edəcəyiniz bu yaraşıqlı qablar interyerinizin estetik dizaynını daha da qabardacaq.

Odur ki, Şərq ölkələrinə səyahətiniz zamanı yerli suvenirlər satılan bazarlardan uzaq gəzməyin. Maraqlı seçim edib özünüzlə həm yaddaqalan hədiyyələr, həm də evinizi bəzəyəcək dekor əşyalarını əldə etmək səmərəli ideya hesab edilə bilər.  İstərsə qonaq otağında, istərsə də yataq otağında kosmetik vasitələrinizlə birgə maraqlı harmoniya tapacaq bu şüşələri fərqli dizaynlarda da tapmaq mümkündür.
 
 
Hazırladı: Mehriban Ağayeva
 
 
image

image

image

image

Şərhlər

Menyu