Azərbaycanda top 5 “Food fotoqraf”. Estetika və təam alüdəçiləri.

Jurnallardan restoranlara, müxtəlif məkanlardan otel mətbəxlərinə qədər bir çox seqmentlərdə tələb olunan “Food” fotoqrafiyası kimi tanınan üslub özəl çəkiliş texnikaları ilə həm gözlərə, həm də damağa xitab edir.

Zuleykha jurnalı ləziz yeməkləri sənət əsərinə çevirən, ölkəmizdə tanınan top 5 peşəkar “Food” fotoqrafı Günel Fərhadlı, Çinarə Ələkbərova, Fəridə Ələsgər, Ülkən ƏliyevaRəna Cabbarlının simasında təqdim edir.
 
 
 
Günel Fərhadlı

– Təxminən 3 il öncə xarici food bloqerləri həvəslə izləməyə başladım, onlardan ilhamlanaraq getdiyim kafe və restoranlarda, həmçinin evdə yeməklərin mobil telefonla fotoşəkillərini çəkib öz instagram səhifəmdə paylaşırdım. Zaman keçdikcə bu məşğuliyyət adi həvəs çərçivəsindən çıxaraq bir peşəyə çevrildi. İlk öncə işə başlayarkən yalnız yeməklərin stili ilə məşğul olurdum, sonradan qurduğum kompozisiyanı göstərmək üçün fotoaparatı da öz əlimə almağa qərar verdim və bu mənə daha çox zövq verməyə başladı.

– Məlumdur ki, şəhərimizdə kifayət qədər peşəkar fotoqraf mövcuddur. Lakin mən bu işə başladığım zaman sırf “Food fotoqraf” sahəsi üzrə demək olar ki, heç kim fəaliyyət göstərmirdi. Düşündüm ki, bu sahədə uğur qazanmaq və tanınmaq üçün çalışmaq lazımdır. Və deyəsən bu məndə alındı.

– Çəkilişlərimin sözsüz ki, özünəməxsus xüsusiyyətləri var. Bir çoxları işlərimlə rastlaşarkən həmin fotoların mənə aid olduğunu dərhal anlayırlar. Yəqin ki, bu mənim dəst-xəttimdən, baxış bucağımdan, qurduğum kompozisiyadan və fotoların rənglərindən asılıdır.

– Mətbəxlə aram məncə yetərincə uğurludur. Hətta təvəzökarlıqdan uzaq olsa da qeyd etməliyəm ki, öz bişirdiyim yeməyi daha çox sevirəm və sevdirməyi bacarıram. Artıq neçə ildir ki, peşəmlə əlaqədar olaraq bir çox dünya mətbəxi ilə tanış olmuşam və bu davam edir. Düşünürəm ki, bu tanışlıqlar mənə mətbəxdə də yardımçı olur.

img_9810

img_8795-1

img_9976

img_0099

img_7824

2r7b1023-p
 
 
 
 

Çinarə Ələkbərova

– İlk vaxtlar həvəskar olaraq məşğul olduğum  “Food” fotografiyası bir müddət sonra peşəmə çevrildi. Bu sənətdə dönüş nöqtəm sözsüz ki, İnstagramda “Food Azerbaijan” səhifəsində keçirilən bir müsabiqə ilə başladı. Qaliblərdən biri də mən idim. Hədiyyəmi almağa getdiyim məkanda hal-hazırda çalışdığım şirkətin müdiri və işçiləri ilə tanış oldum və o gündən onlarla birlikdə çaılışıram.

– Niyə  “Food photography”? Çünki, bu sənətin sərhədləri yoxdur. Bu sənətdə daha çox yarada, daha çox fərqlilik edə bilirsən. Bacarıq və yaradıcılığından daha çox istifadə edə bilirsən. Görmək istədiyini özün yaradırsan.

– Çəkilişlərimin özəl xüsusiyyəti dəqiqliklə yanaşma, fərqlilik və birdə mənim orda olmağım. Müdirim “səndə soyuq düşüncə, isti ürək var. O səbəbdən hər iş yaxşı alınır” deyə qeyd edir. Məni digərlərindən fərqləndirən cəhət yəqin ki, budur.

– Bişirdiyim yeməkləri dadanların fikrincə bu məndə yaxşı alınır. Əgər özünüzə, yaxud sevdiklərinizə yemək hazırlayırsınızsa o necə dadsız ola bilərki?!

img_3209

img_3207

img_3211

img_3214

img_3216

img_3202
 
 
 
 

Ülkən Əliyeva

– Fotoqraflıq yaradıcılıq tələb edən sənətdir. Mənim isə uşaqlıqdan rəssamlığa böyük həvəsim olub. Böyüdükcə bu tək həvəs yox, həm də hobbiyə çevrildi. Təhsil aldığım müddətdə, eyni zamanda çalışırdım. İlk iş təklifim də məhz “food stilist” vəzifəsi oldu. Məmnuniyyətlə qəbul etdiyim bu iş məndə kifayət qədər maraq oyatdı. Vaxt keçdikcə, fotoqraflıq ilə də məşğul olmağa başladım.

– Bu sənəti seçməyim tamamilə bir təsadüf idi. Rənglərin seçimi, dizayn detallarının vacib olduğu “food photography” mənim rəssamlıq bacarığımla üst-üstə düşürdü. Buna görə bu sənətə marağım daha da artdı və bu sahədə davam etmək qərarına gəldim.

– Məni fərqləndirən əsas cəhət sözsüz ki, öz işimdən tam razı olmamağımdır. Özümə qarşı hər zaman çox tələbkaram. Hər zaman olduğundan daha da mükəmməl bir iş görə biləcəyimi düşünürəm.

– Yemək bişirməkdən hər zaman xüsusi bir zövq almışam. Səbəbi yəqin ki, anamın və nənəmin damağımda iz qoyan ləzzətli yeməkləridir.

image

image

image

image

image

image
 
 
 
 

Fəridə Ələsgər

– Fotoqrafiya sənətində 2 ildir ki, fəaliyyət göstərirəm. Və bu sənətə başladığımdan bu günə qədər demək olar ki, bir günüm belə fotoşəkil çəkmədən keçməyib.

– Bu sənəti seçməyimə əsas səbəb bu sahədə özümü daha rahat ifadə edə bilməyimdir. Yaradıcılıq tələb edən və olduqca zövqverici bu üslub mənim üçün daim əvəzedilməz bir sənətdir.

– Çəkilişlərimdə əsasən təbii işıqdan istifadə edirəm. Təbii işıq hər çəkilişimdə təkrarolunmaz kölgələr, ab-hava yaradır. Detallar mənim üçün xüsusi əhəmiyyət daşıyır. Çalışıram ki, izləyicilərim işlərimə 5 saniyə baxıb çevrilməsinlər, fotolar onları cəlb eləsin.

– Kulinariya da mənim üçün fotoqrafiya qədər önəmlidir. Yeni reseptlər, dadlar, ləzzətlər kəşf etməyi çox sevirem. Xüsusən şirniyyatlar mənim üçün çox özəldir.

img_8587

img_8721

img_8116-1

img_8352

img_8335

img_0208
 
 
 
 

Rəna Cabbarlı

– Yemək hazırlamaq mənim üçün əvəzedilməz bir hobbi idi. Hər gün yeni reseptlər araşdırıb, müxtəlif yeməklər hazırlayırdım. Daha sonra bişirdiklərimin şəkillərini paylaşmaq məqsədilə İnstagramda səhifə açmaq qərarına gəldim və tezliklə food fotoqraflarla tanış olub, onların zəngin təcrübələrindən faydalanaraq peşəkarlıq səviyyəmin artması üçün bir çox araşdırmalar apardım. Bu sahə üzrə müxtəlif müsabiqələrdə iştirak etdim və zaman keçdikcə hobbim olan bu sənət artıq mənim üçün dəyişilməz məşğuliyyətə çevrildi.

– Food fotoqraflıq mənim üçün sadəcə peşə deyil, bitməyən bir həvəsdir. Kənardan baxıldığında, bir çoxlarına asan görünür, lakin öyrəndikcə daha çox şey öyrənməli olduğunu görürsən və məhz buna görə çox maraqlı sənətdir. Hər zaman öz üzərində işləməli olursan, özünü təkmilləşdirmə imkanın olur. Yeməyə sevgi bitmədiyi kimi bu sevgi də illərlə daha da möhkəmlənir.

– Çəkilişlərimdə parlaq və rəngarəng şəkillər əvəzinə qaranlıq, tutqun və atmosferli şəkillərə üstünlük verirəm. Mənim məqsədim təkcə yemək şəkli çəkmək deyil, həmçinin insanlara həmən xoş əhval-ruhiyyəni çatdırmaqdır. Lakin, bəzən öz stilindən kənara çıxmalı olursan. Daim unikal tərz axtarışındayam, çünki bu sənətdə fərqlənmək üçün, şəkillərinin dərhal tanınması vacibdir.

– Yemək bişirmək mənim ən sevimli məşğuliyyətlərimdən biridir. Yemək sevgisi olmasaydı, bu sənətdə uğurum da olmazdı. Yemək sevgisi məni fotoqraflıqla tanış etsə də, məhz food fotoqraflığı sayəsində yeməyə baxışım da dəyişdi.

image

image

image

image

image

image
 
 
Hazırladı: Röyalə Hüseynova
 
 

Şərhlər

Menyu