Balacaların dərs rejiminə adaptasiyasının 8 qaydası

image
 

Bilik günü nəinki bayram, həmçinin məktəblilər üçün bir çox təcrübələrin başlanğıcıdır. Bütün yay boyu əyləncə dalğası və boş günlər çoxluğu ilə üz-üzə qalan balacaların artıq dissiplin və tapşırıqlarla dolu gərgin günlərə, yeni mühit və insanlara öyrəşmək zamanıdır! Bütün bunları xüsusən məktəbə birinci il gedən şagirdlər çətin qarşılayır və yeni addımlar onlarda stressin yaranmasına səbəb ola bilir.

Bəs bu zaman nə etməli? Həmin mərhələni necə keçməli? Uşaqların məktəbə adaptasiya olması və prosesin daha da sevimli olması, gələcəkdə onun məktəbi, təhsili önəmsəməsi üçün necə yardım göstərməli?
 
 

15-image
 

 * Məktəblə öncədən tanış olunYaxşı olardı ki, övladınızın məktəblə ilk görüşü 15 sentyabr günü deyil, daha öncədən olsun. Bu nəinki 1-ci sinfə hazırlaşan, həmçinin məktəbini dəyişən digər şagirdlər üçün də vacibdir. Sözsüz ki, yad mühit və yeniliklər uşaqlarda qorxu hissi yaradır. Övladınızın məktəbin dəhlizində gəzməsinə, sinif otağı ilə tanış olması üçün imkan yaradın.

* Xoş emosiyalar yaradın. 14 sentyabr günü sabahkı günə gərgin hazırlıqlı şəkildə deyil, ailənizlə birgə, şən və daha da maraqlı keçirəsiniz. Övladınıza hiss etdirin ki, siz bir komandasınız. Onun sizin xoş əhvalınıza və qayğınıza çox ehtiyacı var.
 

Parents at school with their child
 

Plan tərtib edin. Ev tapşırıqlarının həllindən əlavə istirahətə də vaxt ayırın. Plan tərtib edərkən mütləq övladınızın fikir və maraqlarını nəzərə almağa çalışın.

* Gündəlik yuxu rejiminə riayət edin. Bu rejimə dərslərin başlanmasına təxmini 1-2 həftə qalmış başlamalısınız. Çalışın ki, o axşam tez yatıb səhər tez oyansın. Bütün bunlar övladınızda nəinki, nizam-intizam hissi formalaşdıracaq, ən əsası isə onun həyatında artıq stabillik yaranacaqdır.
 

child-girl-sleep-wallpaper-1920x1200
 

* Balacanızı balanslaşdırılmış qida ilə təmin edin. Övladınızın zərərli qidalardan mümkün qədər uzaq tutun. Onun qida rasionuna bol vitaminli meyvə-tərəvəzlər əlavə edin. Düzgün qidalanmanı təmin edərsinizsə, bu zaman stressə səbəb olan mədə-bağırsaq pozuntularının qarşısını almış olarsınız.

* Təmiz havada çox vaxt keçirin. Nəzərə alsaq ki, sizin sevimli balanız günün çox hissəsini dörd divar arxasında keçirir və bundan sonra daha da sıx keçirəcək, bu onun əhvalında, ən əsas sağlamlığında heç də xoş izlər buraxmayacaq, orqanizmi tez yorulacaqdır. Bu baxımdan sinir sisteminin sakitləşdirilməsi, həzm və yuxu proseslərinin daha da yaxşılaşdırılması məqsədi ilə gündəlik plana onunla açıq havada birgə gəzinti saatı da əlavə edin.
 

image
 

* Övladınızı dərsə qədər kənar informasiyalarla yükləməyin. Əlbəttə ki, uşağı hərtəfərli inkişaf etdirmək lazımdır. Lakin övladınıza məktəbə uyğunlaşması üçün vaxt verin. Zaman keçdikcə dərsdən kənar məşğələlər haqda düşünmək olar. Əlbəttə ki, onun fikrini mütləq nəzərə almaqla!

* Övladınızı dinləyin. Övladınızdan günü necə keçirdiyi haqda maraqlanın. Gün ərzində onu məhz nə sevindirib, nə isə əksinə əsəbləşdirib? Ünsiyyət qətiyyən monitorinq şəklində olmamalı, övladınıza onun məktəbdə keçirdiyi ilk günü ilə maraqlanmanızı nümayiş etdirməlisiniz. Əgər məktəbli evdəkilərin hər an onu dinləyən və dəstək olunduğuna əmin olarsa nəticədə bir çox problem və stressləri aradan qaldırmaq olar.
 
image
 
 
Hazırladı: Aygün Yusifqızı
 
 
 

Şərhlər

Menyu