Almaniyada “Red Carpet Düsseldorf” moda qalereyası Avropaya səs saldı!


 

22-25 iyul tarixlərində Almaniyanın Düsseldorf şəhərində baş tutan “The Gallery Düsseldorf – Red Carpet Düsseldorf” tədbiri moda aləminə özünəməxsus şəkildə səs saldı!
Igedo Company GmbH & Co KG tərəfindən Kaltstahlhalle-Areal Böhler mərkəzində təşkil edilən tədbirdə qonaqlara moda və hazır geyim sahəsinin aparıcı brendlərinin bir-birindən dəbli geyim və aksessuarları, nümayişləri təqdim edildi.

Təşkilatçılar 29-31 yanvar tarixlərində keçiriləcək növbəti tədbirin “Red carpet” deyil, “Gallery evening & occasion” kimi səslənməsinə qərar veriblər.

Beynəlxalq Ticarət Qalereyasının Layihə Direktoru Ulrike Kahler fikirlərində: “Ad dəyişikliyi ilə qalereyamız bir çətir altına toplanan brendlərə daha fokuslanmış şəkildə və qonaqlarımız üçün daha istiqamətverici olacaqdır” deyərək tədbirin adının dəyişdirilməsində təşkilatçıların məqsədlərini əsaslandırmışdır. 

 
 

Hazırladı: Röyalə Hüseynova 
 
 

 

Şərhlər

Menyu