Şimali Avropanın soyuq liman şəhəri, Danimarkanın paytaxtı Kopenhagen bu yaxınlarda məşhur dizaynerlərə ev sahibliyi etdi. Bu mövsüm 80-ci illərin modasının geri qayıdacağını, iri “maxi” ölçülərin, gündəlik geyimlərdə dəbdəbəli detalların trend olacağı ismarıcını verən nümayişlər izləyicələrə dəbli anlar yaşatdı.
Transparan toplar, iddialı qırmızılar, qara rəngin dominant olduğu kombinlər.. Skandinaviya ruhunun hiss olunduğu Kopenhagen Moda Həftəsində küçələr rəngli və yaradıcı kombinlərə də şahid oldu. Dar kəsimli geyimlərlə bərabər sanki saəliqəsiz tör-töküntü təəssüratı yaradan luklar baş rolda idi.
Hazırladı: Nərmin Bağırova