Apple yeni modelləri ilə yenidən dünyanın gündəmindədir!

image
 

iPhone 7 sentyabrda San-Fransiskoda keçirilən heyrətamiz təqdimat ilə uzun müddətdir gözlənilən yeni modellərini təqdim etdi.

Dünyanın dörd bir yanından maraqla izlənilən gecədə Apple iPhone 7, iPhone 7 Plus, Apple Watch 2 və qulaqlıq girişinin tamamilə aradan qaldırıldığı AirPods modelini təqdim etdi. Suya dayanıqlı yeni iPhone modelləri cüt arxa kamera xüsusiyyəti ilə də diqqətləri cəlb etdi.
 

image

image
 

Ölçü olaraq bundan öncəki  modelindən  fərqlənməyən iPhone 77 Plus modellərində ekran parlaqlığı 25% artırılıb. Markanın gətirdiyi yeniliklərdən biri də qara və parlaq qara rəngləri əlavə edilməsi idi.

Brend təqdimatda Apple Watch modellərini də təqdim etdi. Suya dayanıqlı yeni Apple Watch 2 sahibləri artıq dənizə girərkən saatlarını çıxarmaq məcburiyyətində qalmayacaqlar. Markanın direktoru Tim Kuk Pokemon Go oyununun Apple Watch modellərində istifadə olunacağı müjdəsini də verdi.

Gecədə eyni zamanda markanın NİKE ilə əməkdaşlığından ərsəyə gələn yeni Apple Watch Nike Plus  modeli də işıq üzü gördü.
 

image
 
 

Hazırladı: Röyalə Hüseynova
 
 

Şərhlər

Menyu