Zuleykha jurnalı Moskvada “Collection Premiere Moscow” dəb tədbirində media partnyorluq etdi

image
 

CPM (Collection Premiere Moscow)  müxtəlif ölkələrdə təşkil olunan dəb sərgiləri və nümayişləri ilə dəb dünyasına özünəməxsus şəkildə iz qoyur.

Artıq ölkəmizin hüdudlarında da təşkil olunan tədbirləri işıqlandıran ZULEYKHA jurnalı 31 avqust – 3 sentyabr tarixlərində Moskva şəhərində baş tutan dəb günlərində media partnyorluq etdi.  Tədbir çərçivəsində CPM Premium, CPM Kids, CPM Accessories kimi fərqli istiqamətlər üzrə 33 ölkədən 990 brend öz kolleksiyalarını sərgilədi.

Türk brendlərinin yenidən sərgiləndiyi, Rusiya və Şərqi Avropa markalarının böyük tələb gördüyü, müxtəlif nümayişlərin təqdim edildiyi tədbir qonaqlarına unudulmaz anlar yaşatdı.

Müxtəlif ölkələrdən səfər etmiş əcnəbi qonaqların iştirak etdiyi tədbirdə son dövrlərin ilhamverici və əsas trendi “Handmade in Russia” əl işi əşyaları tədbirin Premium zalında nümayiş edilərək xüsusi diqqəti cəlb etdi.
 

Hazırladı: Röyalə Hüseynova
 
 

cpm

image

image

image

image

image

image

image

Şərhlər

Menyu