“Uçmağı Bizimlə Öyrən”. YARAT uşaq festivalına dəvət edir!

image

 

Yarat Müasir İncəsənət Mərkəzi valideynləri və balacaları 10 sentyabr tarixində “UÇMAĞI BİZİMLƏ ÖYRƏN” adlı uşaq festivalına dəvət edir!
Uşaqlara xəyal etməyi və yaratmağı öyrətməklə onların gələcəyini daha parlaq olmasını əsas məqsədə çevirən “UÇMAĞI BİZİMLƏ ÖYRƏN” festivalı balacalara macəra və həyəcan dolu bir gün bəxş edəcək.
Musiqi ritmini ruhunuzda hiss edib, disko partisinin ahəngi ilə rəqs edəcəyiniz festivalda sizlər meyvə və tərəvəzlərdən ləzzətli və sağlam yeməklər və içkilər hazırlayacaq, müxtəlif master-klasslarda iştirak edəcək, küləyin nəfəsini hiss edəcək və oyunlarla əyləncəli anlar yaşayacaqsınız.
 
Festivala giriş sərbəstdir.
 
Günün proqramı:

10:00 – 12:00: Açıq havada uşaqlar üçün yoqa dərsi
10:00 – 16:00: Açıq havada rəsm dərsi
10:00 – 17:00: Küləklə rəqs
13:00 – 14:00: Çərpələnglərin uçurdulması
10:00 – 19:30: Uşaq əsərlərinin sərgisi
10:00 – 17:00: Qida incəsənəti
11:00 – 16:30: Animasiya filmlərinin nümayişi
11:30 – 17:00 “Öz cizgi film qəhrəmanını çək”
10:00 – 18:00: Üz rənglənməsi
12:00 – 18:00: Oriqami üzrə ustad dərsi
10:00 – 18:00: “İstifadə olunmuş əşyalardan art obyektlər yarat”
10:00 – 18:00: Fotosessiya
10:00 – 18:00: Aktyorluq dərsi
12:00 – 17:00: Smuzi hazırlamaq üzrə ustad dərsi
17:00 – 18:00: Uşaq orkestrinin çıxışı
18:00 – 19:30: DİSCO parti
19:30: Helium şarlarının uçurdulması 

 
 
Hazırladı: Röyalə Hüseynova
 
 

Şərhlər

Menyu