Tanınmış Hadije markası Azərbaycanlı dizaynerlərlə əməkdaşlığa başlayacaq.

image
 

27 sentyabr tarixində gənc təşəbbüskar Hatice Aydeniz tərəfindən qurulan HADIJE markası, eləcə də Zuleykha jurnalının media dəstəyi ilə yerli və xarici dizaynerləri, həmçinin xüsusi dəvətli moda sevərləri Bakıda təşkil olunacaq unudulmaz gecədə bir məkana toplayacaq!
Türk dizaynerlərinin əl işlərini dünyada tanıtmaq məqsədi ilə təşkil olunan tədbirlər silsiləsinin ilk nümayişi yenidən Bakıda təşkil olunacaq. Yaxın Şərq, Türkiyə və dünyanın məşhur dizaynerlərini bir çətir altına toplayan HADIJE moda dünyasına fərqli bir istiqamət verən işlərə imza atır.

Qeyd edək ki, Qətər, Səudiyyə Ərəbistanı, Dubay, Livan, Küveyt, İordaniya, Gürcüstan, Azərbaycan, Rusiyada müxtəlif tədbirlər təşkil edən markanın Bakıda keçirilən bundan öncəki tədbirində Özgür Mansur, Dilək Hanif, Zeynəb Tosun, Yıldırım Mayruk kimi məşhur dizaynerlərin kolleksiyaları nümayiş edilmişdi.
 

hh
 

Brendin koordinatorluğu ilə hərəkət edən dizayn qrupları özəl kolleksiya nümayişlərini də reallaşdırmaq imkanı tapacaqlar. Yeni qurulan online satış saytı ilə Türkiyədə bu mənada fərqli bir platforma yaratmağı özünə məqsəd qoyan marka gənc dizaynerləri də unutmayaraq onlara inanılmaz fürsətlər təqdim edir. Dizaynerlik ixtisası üzrə təhsil alan gəncləri moda dünyasına qazandırmaq və təşviq etmək məqsədi ilə yaradılan Hadije Designer Club təcrübəli dizaynerlərlə gənc bacarıqları görüşdürür.
 
 

Hazırladı: Röyalə Hüseynova
 
 

image

image

image
 
 
 

Şərhlər

Menyu