Makiyaj psixologiyası. Gündəlik görünüşünüz nələri ifadə edir?

Psixoloqlar insanların istənilən hərəkətlərini elmə görə təhlil edib, mülahizələr irəli sürməyi bacarır. Freyd davamçılarının nəzərindən xanımların üstünlük verdiyi müxtəlif makiyaj tərzləri və istifadə edilən rənglər mövzusu da yayınmadı. Makiyaj üslubları insan xarakteri tək müxtəlifliyi diktə edir.  O zaman sizin bu mülahizələrə görə hansı xarakterə malik olduğunuzu özünüz müəyyən edin..

 
 

image

 DETALÇI.
İntensiv oxlar və dodaq boyası.

Çox güman ki, siz çox səliqəli və tam formalaşmış bir şəxsiyyətsiniz. Siz, hətta ən kiçik detalları belə yaxşı yadda saxlayırsınız: bütün qohumların, dostların və tanışların doğum günlərini, bürcləri, gözlərinin rəngini və məşğuliyyətlərini xatırlayanlardansınız.

 
 
 

image

 İDDİALI.
İncə tonlarda kirşan, dodaq boyası və xüsusi vurğulanmış qaşlar.

Bu tip makiyaj edən xanımlar özlərində güc və zərifliyi birləşdirirlər. Parlaq göz makiyaji ilə diqqət çəkmək, öz üstünlüyünü sübut etmək bu qadınlara xas xüsusiyyət deyil. Möcüzələrə inanmayan bu xanımlar məqsədlərinə çatmaq üçün daim çalışır. Bu tip makiyaj özünəgüvən və yaradıcılıq potensialının mövcudluğundan xəbər verir.

 
 
 

image

 SİRRLİ.
Uzun kipriklər və tünd rəngli dodaq boyası.

Sizi qorxutmaq çox qəliz məsələdir. Lazım gəldikdə siz özünüz istənilən vəziyyətdə güclü eqonuzu göstərə bilərsiniz. İnsanlarla müəyyən məsafə saxlamaq tam sizin tərzinizdir. Axı insanları tanımaq üçün sizə vaxt lazımdır!

 
 
 
 

image

PRAKTİK.
Neytral tonlarda olan “no make-up” tərzi.

Siz praktik insansınız və vaxtınızı boş yerə sərf etmək sizə xarakterik deyil. Siz ürəyinizə deyil, daha çox ağlınızı dinləyirsiniz. Ağılsız adamlarla mənasız mübahisələrdən uzaq durub, daha müdrik davranış sizin xas xüsusiyyətdir.
 
 
 

image

MƏHDUDİYYƏTSİZ.  
“Smokey eyes” və vurğulanmış üz konturu.

Siz heç vaxt öz emosiyalarınızı gizlətmədən özünüzü ifadə etməyə çalışırsınız. Bu tərz makiyaj sevən xanımlar həmişə göründüyü kimi olub, olduqları kimi görünürlər. Onlar nə səs-küylü qəhqəhəni, dərin mübahisələri, nə də göz yaşlarını gizlətməyi bacarmırlar.  İnsanlarla həmişə səmimi olduqları üçün hər kəs tərəfindən sevilirlər.

 
 
 

Hazırladı: Fərəh Əliyeva

 
 
 

Şərhlər

Menyu