Kematikanın təzahürü İRİS VAN HERPENİN kolleksiyasında

Hollandiyalı dizayner İris Van Herpenin yeni Payız-Qış kolleksiyasının əsas başlanğıc nöqtəsi kimatika oldu. Səs dalğalarının yayılaraq həndəsi fiqurlar yaradan heyrətamiz görüntüdən ilhamlanaraq hazırlanan kolleksiya dəb sevərləri də heyran etdi.

Solğun bej, boz, qəhvəyi çalarlarının istifadə olunduğu libaslar silikon, əl işləməli şüşə köpükləri və su damlaları formasında qiymətli daşlarla bəzədilmişdi. Dizaynerin individual yaradıcılığının və tərzinin əks olunduğu kolleksiyada diqqət çəkən cəhətlərdən biri də insan saçlarından 5 dəfə nazik polimer saplarla toxunmuş yapon orqanzası idi.

“Eglise Réformée de l’Oratoire du Louvre” kilsəsində baş tutan nümayişdə xüsusən modellərin daş səkilər üzərində hündür taxta platformalı ayaqqabılarla musiqinin ahənginə uyğun hərəkəti qonaqların alqışlarını qazandı.
 
 

Hazırladı: Sevinc Rəhimova
 
 

image

image

image

image

image

image

image

image

image

image

image

image

Şərhlər

Menyu