Ağıllı qız ol! İlk iş günündən masana uğurla sahib ol.


o3
 

Bu gün krizis dövründə hər yerdə olduğu kimi, bizdə də iş tapmaq asan tapşırıq deyil. Arzuladığınız iş yerinə doğru aparan saysız müsahibələr və görüşlərdən sonra nəhayət şansınız üzünüzə gülür. Lakin bu imkanı düzgün dəyərləndirib, onu əldə saxlamağı bacarmaq lazımdır. Şübhə yox ki, əsas məsələ bütün bu çətinliklərdən keçib müqavilə imzalayıb işə başlamaq deyil, ən vacibi həmən oturacaqda otura bilmək və hətta həmən şirkətdə böyüməyi bacarmaqdır. 

İş yerində ilk gün çoxları üçün çətinliklərdən keçir. İlk dəfə gördüyünüz simalar, yeni işin gətirdiyi məsuliyyət, yeni mühit, iş sistemi və əlbəttə ki, rəhbərlik… İş yeri divarlardan və avadanlıqdan ibarət olduğu kimi, onun ən əsas hissəsini insanlar təşkil edir. Burada baş verən bütün məsələlərdə də insan faktoru ən birinci rolu oynayır. Belə bir ərəfədə özünüzü daha inamlı hiss etmək üçün faydalı vərdişlərə sahib olmanız isə sizi xilas edəcək:
 
 
– Gecədən səhər geyinəcəyiniz paltarınızı müəyyən edib, seçiminizin ən çox rahatlıq və sadəlik kriteriləri üzərində qurmağa çalışın. Ağır makiyaj və aşırı aksessuarları unudun. Sadəlik hər zaman dəbdədir deyib, gözə dərhal girməyəcək dəstinizlə olacağınız cəmiyyətdə özünüzü əmin hiss edəcək, eyni zamanda yeni iş yoldaşlarınızda xoş təəssürat yaratmış olacağınızda əmin olun.
 

o1
 


– Vaxtında iş yerində olmaq digər şərtlərdəndir. Peşəkarlığın və etibarlı olmağın ən əhəmiyyətli göstəricisi məhz dəqiqlikdir. Hər ehtimala qarşı yola sərf edəcəyiniz zamanı hesablayıb, işə vaxtından da bir az əvvəl çatmanız üçün ehtiyyat vaxt götürün. Bu stressinizi bir az da minimuma endirəcək.  Eləcə də, ilk iş günündə hər kəsdən öncə işdən ayrılmayın. Şirkətinizin “işdən çıxış” vərdişlərinə uyğunlaşmağınız sizə komandanızın bir hissəsi olmağa kömək edəcək. 

– Qaşqabaqlı insanları heç kim sevmir. İş yoldaşlarınıza özünüzü təqdim edərkən üzünüzdən təbəssümü əksik etməyin, səmimi olun.  İlk iş gününüzdə özünüz haqda iş yoldaşlarınızı maraqlı məqamları, öncəki iş təcrübənizi paylaşmağa cəhd göstərin. Bununla belə, şəxsi həyatınız və problemləriniz onlar sizə dost olana dək sirr qalmalıdır. 

– Köhnə işimdə mən… İlk gündən köhnə işdən tez-tez bəhs etmək o qədər də yerinə düşmür. Yeni işinizə yeni səhifədən enerji ilə başlamaq əvəzinə keçmişə niyə qayıdasınız ki? Və təbii ki, ilk gün müqayisə etmə və ya dedi-qodu xarakterli bir söhbətdən mütləq şəkildə uzaq durun.

– Bu gün daha çox dinləyici olun. Yaxşı dinləyici olmağa çalışın, qeydlər götürün və yeri düşəndə suallar verməkdən çəkinməyin. Bilmədiyiniz mövzuları şərh etmək və ya əmin olmadığnız işləri icra etməkdən uzaq durun. Unutmayın, ilk aylarınızda yaxşı dinləyici olmaq, sizə irəlidə böyük üstünlüklər təmin edəcək.

– İlk iş gününüzdə ən vacib nüanslardan biri də ətrafınızdakıları müşahidə etməkdir. İş yoldaşlarınız nələr edir, bir-birləri ilə necə bir ünsiyyət qururlar? Çalışdığınız mühitdə nizam və insanlar arasındakı ünsiyyət necə baş verir? Konservativ yoxsa, daha çox sosial mühitdir? İş yoldaşlarınız bir-birlərinə necə xitab edir? Yaxşı bir müşahidəçi olsanız kimə qarşı, harada və necə davranacağınızı daha rahat şəkildə icra edə biləcəksiniz.
 

o2
 


İlk iş günündə mobil telefondan mümkün qədər az istifadə edin, səsini almağı da unutmuruq! Bu ətrafınızdakıların diqqətini yayındıra bilər.
 
 
Hazırladı: Röyalə Hüseynova
 
 

Şərhlər

Menyu