Vitamlərlə zəngin Gül Kələmindən dadı doyulmaz resept

image
 

Tərkibindəki B, A, E, D vitaminləri, dəmir, kalsium, sink, fosfor, mis kimi mikroelementlərlə zəngin olan gül kələmi sağlamlığımızın qoruyucusu olmaqla yanaşı dadı ilə sevilir. İstər qarnir, istərsə də yüngül tərəvəz yeməyi olaraq hazırlaya biləcəyiniz gül kələmi kotleti mətbəxinizdə hələ dəfələrlə hazırlanayacaq.
 

Lazım olan ərzaqlar:
– 500 qr gül kələmi
– 2 yumurta
– 3 dolu xörək qaşığı un
– yarım stəkan süd
– 1 fal çörək
– duz
– istiot
– qızardılması üçün bitki yağı
 

Hazırlanması:
Gül kələmini kiçik hissələrə ayırıb, duzlu suda yumşalana qədər qaynadırıq. Püre əzən alət ilə əzdiyimiz gül kələminin üzərinə süddə isladılmış çörəyi, yumurtaları, un, duz və istiotu əlavə edib yaxşıca qarışdırırıq. Tavada bitki yağını qızdırıb, hazırladığınız qarışımdan kotletler hazırlayıb orta odda hər iki üzünü qızardırıq.

Nuş Olsun!
 
 
Hazırladı: Müjgan Həsənli
 
 

image

image

image

image

Şərhlər

Menyu