SUMMER END PARTY. “YARAT Friends” platforması möhtəşəm gecə ilə yeni mövsümünü açıq elan etdi!

1
 
 

Bugün müasir incəsənət dedikdə ilk yada düşən, sənət sevərləri öz çətiri altına toplayan YARAT Müasir İncəsənət məkanıdır. “YARAT Friends” üzvlük platforması 26 avqustda Xəzər dənizinin əvəzsiz mənzərəsinə açılan Mayak restoranında möhtəşəm bir gecə ilə yay fəslini bağlı elan etdi.

Zuleykha jurnalının media partnyoru olduğu tədbirin aparıcısı pozitiv enerjisi ilə gecəyə rəng qatan, səhnəyə dəvət etdiyi hər qonağın özünəməxsus təqdimatı ilə yadda qalan Hüsniyyə Məhərrəmli ilk sözü YARAT-ın Direktoru Fərid Abdullayevə verdi. O YARAT-ın yaranma tarixindən danışarkən hələ ilk vaxtlar mərkəzin bir neçə gənc təşəbbüskar rəssam tərəfindən kiçik bir ofisdə fəaliyyətə başlamasını, lakin qısa zamanda müasir incəsənət istedadlarının toplaşdığı bir platforma çevrildiyini qeyd etdi.
 

11

 

13
 

“YARAT Friends” platformasının, eləcə də PR şöbəsinin rəhbəri Hökümə Kərimova YARAT-ın növbəti mövsümdə yeni layihələrlə, ideyalarla və daha geniş bir spektrdə öz fəaliyyətini davam etdirəcəyi haqda bəzi ipucuları verərək tədbirə gələn qonaqları intizarda buraxdı. O gələn qonaqları səmimi nitqi ilə salamlayaraq, platformaya üzv olmağa səslədi.

Gecənin növbəti dəqiqələrində çıxış edən, “YARAT Friends” platformasının ilk üzvlərindən sayılan Zuleykha jurnalının Kreativ Direktoru Lalə Mirzəyeva mərkəzin xaricdə və vətənimizdəki nailiyyətlərinin ölkəmiz üçün görüdüyü işləri, platformanın cəmiyyətimiz üçün faydalarını vurğuladı. Bu səbəbdən görülən işlərin təbliğatını müdia tərəfdaşı olaraq dəstəklədiyini qeyd etdi.
 

27
 

28
 

Tədbirin bəddi rəhbəri qismində iştirak edən digər platforma üzvü sevilən bəstəkar Sevinc Ağasiyeva səhnədə çıxış edən qonaqlar sırasında idi. Platformaya üzvlüyünün ilk gündən məmnunluğunu bildirən müsiqiçi tədbirin əyləncə dolu keçməsinin layiqincə təmsil etdi.
Gecəni açan “Mayak” qrupunun ard- ardınca  Samirə Əfəndiyeva, Aygün Tağıyeva, Aliya Novruzova, Vlada Axundova, Araz HumbatovMikayil Rafiyev kimi musiqiçilər məşhur xitlərini səsləndirərək qonaqları bütün tədbir boyu rəqs meydanında saxladılar.

Məkan, musiqi proqramı və qədər bütün incəliklərin düşünülmüş şəkildə təşkil olunduğu bir gecə qonaqların xatirələrində xoş izlər qoydu. Gecədən bol pozitiv enerji ilə ayrılan qonaqlar YARAT Müasir İncəsənət Mərkəzindən qarşıdan gələn mövsümdə yeni lahiyələr təəssüratı ilə ayrıldılar.
 
 

Hazırladı: Sevinc İsrayılova
Foto: Simon Peter

 
 

5

26

7

15

2

6

12

8

3

9

10

14

16

17

18

19

21

23

24

25
 
 
 

Şərhlər

Menyu