Interyerdə Fornasetti sayağı klassika və modernizm sintezi

image
 
 
“Qədim dövrün dəyərlərinə uyğun dizayn etməyi heç sevmirəm” deyən rəssam-heykəltəraş Piero Fornasetti zamansız bir kolleksiya yaratmış, yaratdığı əsərlər ölümündən sonra da sevilərək interyer dizaynda istifadə olunur.

Həyatı boyunca 11 min əsər yaratmış Piero məşhur boşqablarında istifadə etdiyi Opera sənətçisi Lina Cavalierinin simasını XIX əsr məcmuəsində görüb təsirlənmişdir.

Linanın simasını Salvador Dali, Çarli Çaplin, Sfinks, Meduza obrazları ilə “sintezləşdirən” Fornasetti Yunan və Roma dövrünün zəngin mədəni irsindən təsirlənərək dizaynlarında astroloji rəmzlərdən, oyun kartlarından, canlı aləmin zənginliyindən və neoklassik detallardan da istifadə etmişdir.
 

image
 

İnteryer dizaynına klassika və modernizmin harmoniyası ilə fərqlilik qatan Fornasetti motivləri individual ştrixləri, məzəli ideyaları ilə hər bir dövrdə göz oxşayandır.

Heykəltaraşın yaradıcılıq yolunu davam etdirən oğlu Barnaba Fornasetti  əşya seçimi müxtəlifliyini zənginləşdirərək, atasının mirasını inkişaf etdirmiş və dizayn dünyasındakı yerini möhkəmləndirmişdir.
 
 
Hazırladı: Röyalə Hüseynova
 
 

image

image

image

image

image

image

image

image

image

image

image

image
 
 
 

Şərhlər

Menyu