Zuleykha Bloqer Klubunun təməli qoyuldu. Bloqerlərimizlə ilk seminardan görüntülər.

a18
 
 
Daim dəbli və yaradıcı şəxsləri öz çətiri altına toplayan Zuleykha jurnalı yeni bloqerlər kəşf etmək və onların səsini daha böyük kütləyə duyurmaq üçün Bloqerlər Müsabiqəsi elan etdi. Müsabiqənin qalibləri artıq açıqlandı! Peşəkar mütəxəssis və tanınmış yerli bloqerin iştirakı ilə keçirilən seminarda qaliblərimiz unudulmaz anlar yaşadılar.

Tədbirdə yeni yaradılan Zuleykha Bloqer Klubunun təməli qoyuldu. Seçilmiş qaliblər və klubun üzvü olmaq istəyən bloqerlər üçün jurnal müxtəlif maraqlı fürsətlər təklif edir. Biz inanırıq ki, jurnalda davamlı olaraq yayımlanmaq, müxtəlif çəkilişlərin təşkil edilməsi haqqı qazanmaq, maraqlı təkliflər yeni başlayan bloqerlərimizə peşəkar inkişaf imkanı verəcək.

Beləcə, Zuleykha jurnalının müsabiqə qaliblərinə digər töhvəsi 17 avqustda yaşıllığı və italyan sayağı möhtəşəm interyeri ilə qonaqlarını heyran edən Grazie Baku restoranında keçirilən rəsmiyyətdən kənar ilk seminarı ilə start verdi. Müasir trendin nəbzini tutan BRAVO! türk brendindən qaliblərimizə bağışlanan dəyərli hədiyyələr görüşə bir qədər də əyləncə qatdı.  Merci Baku Flowers gül butikindən xanımların hər birinə bəxş edilən çiçək buketləri isə xanımlarımızı daha da yaraşığa gətirdi.
 
 
a8
 
 
Qonaqlarımız ölkəmizdə fotoqrafiya sahəsində sözünü demiş Orxan Aslanov, yerli bloqerlik istiqamətində ilk cığır açanlardan iBlondee (Günel İsmayıllı) və təcrübəli media və PR mütəxəssis Mehriban Həsənova qaliblərlə yaxından tanış olub, bilik və bacarıqlarından nümunələr gətirərək onalara dəstəklərini əyani şəkildə əks etdirdilər.

Məşhur fotoqraf Orxan Aslanov öz fikirlərində bloqlarda illüstrasiyaların keyfiyyətli, kontentin isə mənalı və faydalı olmasının vacibliyini, “follower” sayının isə əsas faktor olmadığını vurğuladı: “Özünüzə və öz prinsiplərinizə sadiq qalın. Sizi hansı sayda adamın izləməsi deyil, daha çox ötürdüyünüz ismarıcın məğzi və onun cəmiyyətə faydası maraqlandırmalıdı. Hər zaman pozitiv paylaşımlar etməyə çalışın. Bügün insanların sonsuz qayğıları ola bilər, lakin onlar sizin səhifənizə həyatlarına bir anlıq belə olsa rəng qatmaq, pozitiv şeylər görmək, gündəlik probləmlərini bir anlıq da olsun unutmaq üçün daxil olduqlarını unutmayın” deyərək bloqerləri müsbət ab-havaya həvəsləndirdi.
 
 
a13
 
 
Tanınmış yerli bloqer iBlondee bloqerlərimizlə bu sahənin incəlikləri, format, çəkilişlər, sosial media vasitələrindən effektiv istifadə və s. haqda fikirlərini bildirdi: “İlk gündən boqumda izləyicilərimlə səmimi olmağa çalışmışam. Bu işdə bəzi prinsiplərim var. Bacıma, rəfiqəmə məsləhət görmədiyim bir məhsulu izləyicilərimə məsləhət görə bilmərəm. Bu səbəbdən təqdim edəcəyim məhsulu öncə özüm sınaqdan keçirməli, sonra isə bəyənsəm paylaşıram. Digər məsələ daim yaradıcı olmaqdır. Bir xırda çəkiliş üçün belə şəhərin digər başına gedib onu istədiyim şəkildə həyata keçirməliyəm, proses məni yormur. Bu işdə tənbəlliyə yol vermək olmaz. Aglıma maraqlı ideya gəldisə, onu dərhal həyata keçirməliyəm. Elə bloqumu da yəqin fərqli edən budur”.

 
 
a11
 
 
Media və PR mütəxəssisi Mehriban Həsənova səmimi və yumor hissi dolu müraciətlərində bloqerlərin sevimlisinə çevrildi: “Bü gün bloqerlərimizdə daha çox vətəndaş mövqeyinə diqqət etmələrini xüsusən də bayram və ya matəm günlərini nəzərə almalı və paylaşımlarını gündəmə müvafiq hazırlamalarını görmək istərdik. Bloqunuzun dəst-xəttini öncədən müəyyən edin və tələsib hər mövzuda bloq aparmağa çalışmayın, hər çağırılan yerə deyil, bloqunuza aid olan tədbirlərdə iştirak etməyə çalışın. Səmimi olun və ödəniş xatirinə və ya digər səbəblərdən  bəyənmədiyiniz məhsullar haqda müsbət rəy yazmayın”.

 
 

Məkan: Grazie Baku
Mətn: Röyalə Hüseynova
Foto: Mehdi Abbasov
 
 

a7

a1

a22

a12

a17

a5

a4

a14

a25

a10

a2

a9

a21

a23

a19

a3

a6

a16

a15

a20

 
 

Şərhlər

Menyu