KİNO | “Bajirao Mastani”. Həyat və ölüm arasında mübarizə aparan sevgi hekayəsi

image
 

Rejissor Sancay Lila Banşalinin xəyallarımın filmi adlandırdığı “Bajirao Mastani” son dövrlərdə hərkəsin diqqətini çəkməyi bacarmışdır.

61-ci Filmfare festivalında namizəd göstərildiyi 14 nominasiyanın doqquzunu qazanmış filmin baş rollarında Ranvir Sinq, Priyanka ÇopraDipak Padukoni iştirak edir.

Tarix, qüdrətli sərkərdələrin hekayəsi, döyüş və təbii ki, bol rəqs və musiqi səhnələri, zəngin koloritli milli kostyumlar, romantika, insanlığın tarixi qədər qədim olan məhəbbət anlayışı və günümüzdə çox da dəyişməmiş qadın-kişi münasibətlərini əks etdirən film nağılları xatırladan səhnələriylə izləyiciyə film boyu daim həyəcanlı anlar yaşadır.
 

image

image
 

Evli olan Bajirao gənc yaşında peşva olmağa nail olmuş güclü bir liderdir. Əsas hadisələr Maharaca Çatrasal krallığı təhlükədə olarkən ölkənin şahzadəsi Mastaninin Bajiraodan torpaqlarını xilas etmək üçün kömək istəməsi ilə başlayır. Mastaninin bu cəsarətini qiymətləndirən Bajirao isə ona kömək edərək hücumçuların ordusunu darmadağın edir. Bu görüş onlar arasında məhəbbət yaradır və Bajirao vətəninə qayıtdıqdan sonra Mastani onun arxasınca gəlir. Bajirao Mastaniyə ailəsi tərəfindən evliliklərinin qəbul edilməyəcəyini, özünün evli və Mastaninin müsəlman olmasını xatırlatsa da Mastani bütün bunları qəbul edir.
 

image  

b3

b5

b2
 

Bütün ömrü boyu 40 müharibəyə qatılmış və hər birində qələbə qazanmış Bajirao ailəsinə Mastanini qəbul etdirə bilmir. Mastaniyə tələ qurulub öldürülmək istəndikdə isə onların məhəbbətlərini bəlkə də ilk qəbul edən Bajiraonun birinci həyat yoldaşı Kaşibai Mastaninin həyatını xilas edir.

Filmin sonluğu kədərli də olsa, əsas ismarıcı qalib gələn sevgi deyil, dini və irqi ayri-seçkilik səbəbindən cəmiyyətdə baş verən faciələrin əsrlər keçsə də davam etməsidir.
 
 
Hazırladı: Sevinc İsrayılova 
 
 

Şərhlər

Menyu