Kombinezon kolleksiyası. AAB brendindən işgüzar hicablı xanımlara.

image
 

Sadəliyi, zərifliyi və özünəməxsus işçiliyi ilə seçilən AAB brendinin əsas xüsusiyyəti təqdim etdiyi geyimlərin müasir hicab üslubunda olmasındadır. Fars dilindən tərcümədə “su” mənasını verən brendin əsas məqsədi hicablı xanımlara iş günləri, həftə sonu gəzintisi, eləcə də ziyafətlər üçün unikal seçimlər təqdim etməkdir.

İlk baxışdan maraqlı rəng seçimi və dizayn müxtəlifliyi ilə diqqət çəkən yeni kolleksiyanın seçilən geyim əşyası isə məhz kombinezonlar oldu. Brend işgüzar hicablı xanımlara bu əlverişli dəstləri hazırlamaqla onlara hərəkətli iş günlərində rahatlıq təmin edir.

Dizaynlarında Qərb və Şərq üslubunun sintezini özünəməxsus şəkildə əks etdirən AAB brendi qadınsı silüetləri, müasir və klassik əşyaları ilə hicablı xanımların qarderobunu bəzəyəcək.
 
 

Hazırladı: Rəhimə Hacıyeva
 
 

aa

aa2

aa3

aa4

aa7

aa8

aa9

aa10

aab5

Şərhlər

Menyu