Summer End Party! “YARAT Friends” platforması yay mövsümünü yekunlaşdırır.

yarat poster
 

Müasir incəsənət sevərləri bir araya yığan, YARAT Müasir İncənəsət məkanının nəzdində fəaliyyət göstərən “YARAT Friends” üzvlük platforması bu dəfə Avqust ayının 26-ı, bulvarın ən cazibədar, yeni məkanlarından olan “Mayak” restoranında öz üzvlərini yay fəslinə yekun vuran musiqili tədbiri ilə proqramın yeni mövsümünü açıq elan edir!

Tədbir zamanı fəaliyyətdə olduğu qısa bir vaxt ərzində müasir incəsənət vurğunları üçün həyata keçirdiyi bir sıra tədbirləri ilə yadda qalan platforma, bundan sonrakı fəaliyyət istiqaməti, cəmiyyətin bütün kateqoriyalarına fokuslanmış yeni proqram strategiyası və bir sıra yeni imkanları təqdim edir. Sentyabr ayından etibarən daha sürətli və geniş müstəvidə fəaliyyət alacaq proqram incəsənətə həvəsi olan və onu dəstəkləmək istəyən təşkilatlar və fərdlər üçün platformanın üzvü olmaq və tədbirlərdə daha da yaxından iştirak etmək imkanı yaradır.

Layihənin maraqlı edən digər səbəb isə tədbirin məhz “YARAT Friends” platformasının aktiv üzvləri tərəfindən ərsəyə gəlməsindədir. Belə ki, tədbirin media dəstəyi platformanın daimi üzvü Lalə Mirzəyevanın rəhbərlik etidyi  Zuleykha jurnalı, gecənin bədii rəhbəri kompozitor Sevinc Ağasıyeva, tədbirə əyləncə qatan sevilən aparıcı Hüsniyyə Məhərrəmli və digər platforma üzvləri tərəfindən hazırlanacaq.

Tədbirin təşəbbüskarı təşkilatın PR şöbəsinin və “YARAT Friends” platformasının rəhbəri Hökümə Kərimovanın fikrincə gecənin təşkil olunmasında məqsəd platforma üzvlərinin cəmiyyətimizə birgə faydalı töhfə vermək, bununla da müasir incəsənət anlayışının daha geniş kütləyə çatdırmaq və müasir incəsənət həvəskarlarından ibarət  icma yaratmaqdır. Belə ki, platforma öz üzvlərinə kurator və rəssamların iştirakı ilə əksklüziv turlar, yalnız üzvlər üçün təşkil olunan tədbirlər, xüsusi mərasimlərə dəvətnamələr, eləcə də platformaya məxsus, xüsusi “İncəsənətlə Səyahət” (Art Travel) proqramı kimi əlavə imkanlar və üstünlüklər təklif edir. Bu icmaya üzvü olmaqla müasir incəsənət barədə bilikləri artırmaq, müasir incəsənətin inkişafına bir töhfə bəxş etmək  və müasir Azərbaycan incəsənətinin bütün dünyada tanıdılmasına dəstək olmaq imkanı əldə etmək mümkündür.

Xatırladaq ki, “YARAT Friends” platformasına üzv olmaq istəyən hər kəs friends@yarat.az ünvanı ilə və ya YARAT mərkəzi ilə əlaqə saxlaya bilər.
 
 

Hazırladı: Röyalə Hüseynova

 

 

Şərhlər

Menyu