“Beauty Azerbaijan” sərgisi uğurlu fəaliyyətinin 10 illiyini qeyd edir!

16
 
 
 
 
“ITECA Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə 19-21 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində ölkəmizdə kosmetika sənayesinin aparıcı tədbiri hesab olunan Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgisi – “Beauty Azerbaijan 2016” keçiriləcək! Hər il olduğu kimi Zuleykha jurnalı ənənəyə sadiq qalaraq bu il də tədbirin rəsmi media partnyoru olacaq.
 
Bu il uğurlu fəaliyyətinin 10 illiyini qeyd edən “Beauty Azerbaijan” sərgisi bu sahənin uğurlu mütəxəssislərini, kosmetik vasitələrin istehsalçılarını və distribyutorlarını, habelə ətriyyat və kosmetika məhsulları istifadəçilərini öz meydançasında toplayır.
 
Azərbaycan, Almaniya, İtaliya, Koreya, Rusiya, Ukrayna və digər ölkələri təmsil edən nümayəndələrin iştirak edəcəyi sərgidə qonaqlara peşəkar kosmetika, gözəllik salonları üçün avadanlıqların geniş çeşidi, kosmetoloji aparatlar və digər məhsulların nümunələri təqdim ediləcək.
 
 
image
 
 
İtaliya kosmetik şirkətlərinin böyük qrup şəklində iştirak edəcəyi sərgidə Almaniyada istehsal olunan salon aksessuarları, Yaponiya və Koreya kosmetikası, Tayland istehsalı dekorativ kosmetika və digər yeni məhsullar təqdim olunacaq.
 
Yerli və xarici mütəxəssislərin öz təcrübələrini qonaqları ilə bölüşəcəyi sərgidə şirkətlər öz stendlərində maraqlı master klasslar keçirməklə qonaqlarına unudulmaz anlar yaşadacaqlar.
 
Beynəlxalq səviyyədə təşkil olunacaq sərgiyə dəvətnamə əldə etmək üçün http://www.beauty.iteca.az/ saytında qeydiyyatdan keçə bilərsiniz.
 
 
image
 
image

image
 
 

Şərhlər

Menyu