TREND | Avqustun Seçməsi | Mule Dikdaban Başmaqlar

image
 

Bir çox modaseverin ən zəif nöqtəsi sözsüz ki, ayaqqabılardır. Qadınların şıqlığına zərafət qatan ayaqqabılar günü-gündən yeni stilləri ilə qarşımıza çıxır.

50-ci və 60-cı illərin dəbi mule dikdaban başmaqlar modern toxunuşlara sahib yeni stilləri ilə geri qayıtdı. Merilin Monronun dəb aləminə bəxş etdiyi o möhtəşəm dikdaban başmaqlar qısa zamanda məşhurlaşaraq qarderoblarda özünə yer tapdı.

Rahatlığı və hər bir obraza qatdığı fərqli və zərif şıqlığı ilə qadınların sevimlisi olan mule dikdaban başmaqlarını bu mövsümdə küçələrdə əksər qadınların ayağında görmək mümkündür. Həm nostaljik, həm də modern görünüşə sahib mule başmaqları həm şıq gecə kombininə, həm də küçə stilinə asanlıqla uyğunlaşdırıla bilər.

Yay mövsümündə dikdaban ayaqqabı geyinməkdən xoşlanmayanların favoriti olan bu ayaqqabılar incə, qalın topuqlu seçim çeşidləri ilə təqdim edilir. Eyni zamanda, stiletto sevərlər üçün iti burunlu modellər axşam yeməyinə və ya ziyafətə hazırlaşanlar üçün əla seçimdir.

 
 
Hazırladı: Röyalə Hüseynova
 
 

image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image

Şərhlər

Menyu