Pokemon Go oyununun yayılması ilə birlikdə bütün sosial medianı əhatə edən Pokemon obrazları moda dünyasını da ələ keçirdi! Oyunun təsiri ilə kanadalı bloqer, gənc stilist Frensis moda və pokemonları bir araya gətirərək dünyaca məşhur brendlərin dəb çəkilişlərindən əyləncəli illüstrasiyalar ərsəyə gətirdi.
Gucci, Prada, Louis Vuitton and Chanel reklam kampaniyalarından olan bu illüstrasiyaların qəhrəmanı nəinki Anna Evers, Kara Delevin, Lindsey Vikson kimi məşhur modellər, eləcə də “Pikachu”, “Jigglypuff” və digər pokemonlar oldu.
Hazırladı: Röyalə Hüseynova