Təvazökar hicab kolleksiyası. Xana Tajima və UNİQLO kollaborasiyası.

u1
 

Fəlsəfəsini praktiklik üzərində qurmuş yapon brendi UNİQLO dünyanın tanınmış hicabistalarından olan bloqer  Xana Tajima ilə birlikdə uzun ətəklər, enli şalvarlar və hicabların təqdim edildiyi təvazökar kolleksiya yaradıb.

Gənc dizayner Xana müasir dizaynlı, rahatlıq və ənənəvi dəyərləri özündə cəmləşdirən sadə kolleksiyası ilə müsəlman xanımlarının könlünü fəth etməyi bacardı. Dizaynerin hazırladığı bu kolleksiya bütün müsəlman qadınlarına uyğun, təvazökar üslubda geyimlərdən ibarətdir.

Bu gün artıq dünyanın 14 ölkəsində fəaliyyət göstərən brendin bu kolleksiyası süni ipək, havalı, yüngül və rahat parçalarından hazırlanmışdır. Bundan başqa kolleksiyada qırışmayan, tez quruyan və bədənin arzuolunmaz qoxusunu azaldan parçalardan istifadə edilmişdir.
 

ilk sekil
 

Geyimlər qat-qat formalı, uzunboğaz, bədənin cizgilərini bildirməyən və unikal dizayna sahibdirlər. Xananın bu layihədə ən böyük dəstəkçilərindən biri yaxın rəfiqəsi məşhur ifaçı, özünəməxsus hicab üslubuna görə tanınan Yuna Zaraidir. Belə ki, Yuna böyük qürur hissi ilə rəfiqəsinin geyimlərini geyinir və kolleksiyaya heyran olduğunu bildirir.
 
 
Hazırladı: Fərəh Əliyeva
 
 
 

maxresdefault

image

image

image

image

image

Hana-Tajima-1024x918

Yuna-picking-up-the-Kebaya-in-yellow-1024x682

koleksi-hana-tajima-untuk-uniqlo-kini-tersedia-di-indonesia-_150730121914-757

IMG_2018-Medium-800x533

Şərhlər

Menyu