ARTIM-2017. Gənc rəssamlar üçün açıq müsabiqə!

yy
 

YARAT Müasir İncəsənət Məkanı yerli yaradıcı fərdləri ARTIM-2017 layihəsində iştirak etməyə dəvət edir. Layihə  hər kəs üçün açıq və ödənişsiz olmaqla bərabər, müsabiqədə bütün növ təsviri sənət kompozisiyaları ilə iştirak etmək mümkündür! 

Layihəsinin əsas məqsədi ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa həvəsləndirmək, yerli gənc rəssamlara öz əsərlərini nümayiş etdirmək üçün lazımi şərait yaratmaqdır. ARTIM layihəsinin İçərişəhərdə peşəkar sərgi məkanı var. Bu məkan, eksperimentlərin aparılmasına və əsərlərin peşəkar səviyyədə nümayişinə imkan verən platforma qismində çıxış edir.

YARAT təşkilatı müsabiqənin nəticələrinə dair seçilmiş rəssamları 2016-cı il oktyabr ayının ortalarında elan edəcək. Proqramda seçilmiş sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş etdiriləcək.
 
 

ARTIM layihəsi təklif edir:

– 3.000 AZN məbləğində layihənin icra olunması üçün büdcə.
– ARTIM Layihə Məkanında 3 həftə ərzində əsərlərin nümayişi.
– YARAT kuratorları ilə həftəlik görüş və müzakirələr.
– Seçilmiş layihələrin kütləvi informasiya vasitələrində işıqlandırılması.
 
 

ARTIM Layihə Məkanının qaydaları:

– ARTIM layihəsində iştirak etmək istəyən namizədlərin yaşı 18-dən aşağı olmamalıdır.
– Namizəd öz layihəsini təqdim etdikdən sonra, YARAT tərəfindən müvafiq razılıq olmadan əsaslı şəkildə layihənin ideyasını dəyişdirə bilməz.
– Ərizələrdə həm sərgi xarakterli, həm də maarifləndirici komponentlər əks olunmalıdır.
– Hər bir seçilmiş iştirakçı VOEN və bank hesabına malik olmalıdır.
– YARAT hər bir seçilmiş layihəyə kuratorluq və inzibati dəstəyini göstərəcəkdir.
– YARAT layihə üzrə işlərin gedişatı ilə əlaqədar müəllif ilə davamlı məlumat mübadiləsini təmin edəcək.
– Layihənin başa çatdırılmasından sonra iştirakçılar layihə üzrə müvafiq hesabat təqdim etməlidirlər. Həmin hesabatda büdcəni tam əhatə etməklə hansı hədəflərə nail olunduğu haqqında məlumat öz əksini tapmalıdır.
– YARAT əsərlərin bütün reproduksiya formalarında (o cümlədən, kataloqlar, təqdimatlar və bukletlər də daxil olmaqla) dərc etmək, əsərlərdən reklam və məlumatlandırıcı materiallar (açıqcalar və plakatlar) məqsədi ilə istifadə etmək hüququna malikdir.
– ARTIM layihəsi çərçivəsində yaradılan əsərlərin müəllifləri öz əsərləri üzərində müəlliflik hüququna malikdirlər. YARAT əsərlərin digər layihələr üçün istifadə olunması hüququna malikdir.
– YARAT-ın Nəzarətedici heyəti layihə tələblərinə cavab verməyəcəyi təqdirdə və yaxud qeyri-məqbul hesab ediləcəyi təqdirdə, iştirakçını kənarlaşdırmaq hüquqlarına malikdir.

 

Maraqlananlar üçün:

Layihə ilə maraqlananların CV, portfolio və doldurulmuş müraciət formalarını artim@yarat.az email ünvanına göndərmələri xahiş olunur. Ərizələrin son qəbul tarixi: 30 Sentyabr, 2016, saat 00:00 (Bakı vaxtı ilə)

Əlavə suallarla bağlı YARAT Müasir İncəsənət Məkanın Proqramlar üzrə koordinatoru Azər Abdullayevlə əlaqə saxlaya bilərsiniz: azer.a@yarat.az

 
 

Şərhlər

Menyu