ZUHAİR MURAD nağılvari gəlinliklər

collageh-1024x543
 

Dizaynında Şərqin dəbdəbəli və orijinal dəsti-xəttini Qərbin sadə zərifliyi ilə birləşdirməyi bacaran livanlı dizayner Zuhair Murad gəlinlik kolleksiyası ilə yenidən hərkəsi ovsunladı. İşləmə və güpürü yaratdığı donlarda ön plana çıxaran ZUHAİR MURAD gəlinlik libasları ilə xanımlar şahzadələri belə qısqandıracaq gözəlliyə sahib olacaqlar.

70-ci illərin romantik gəlinliklərinə modern və qadınsı ştrixlər qatan brend hər zaman olduğu kimi kolleksiyasında işləmələrə, tül parçalara, bel incəliyini vurğulayan modellərə geniş yer vermişdir. Klassik tərzdə gəlinlik axtaranlar üçün qabarıq ətəkli və parıltılı gəlinliklər, fərqli bir görünüş axtarışında olanlar üçün isə şəffaf, güpür işləməli, dəniz qızı modelləri xüsusən diqqət çəkir.

Parlaq mirvari, zərif kristallar, kosmik motivlər, dolaşıq naxışların istifadə olunduğu gəlinlik libasları romantik silüetlərlə tamamlanmışdır. Ənənəsinə sadiq qalaraq şəffaf detallardan imtina edə bilməyən məşhur dizayner hazırladığı fatalara da parıltı və dəbdəbə qatmışdır.
 
 
Hazırladı: Röyalə Hüseynova
 
 

zuhair-murad-bridal-fall-2016-02

zuhair-murad-bridal-fall-2016-03

zuhair-murad-bridal-fall-2016-04

zuhair-murad-bridal-fall-2016-05

zuhair-murad-bridal-fall-2016-06

zuhair-murad-bridal-fall-2016-08

zuhair-murad-bridal-fall-2016-09

zuhair-murad-bridal-fall-2016-11

zuhair-murad-bridal-fall-2016-12

zuhair-murad-bridal-fall-2016-13

zuhair-murad-bridal-fall-2016-15

zuhair-murad-bridal-fall-2016-16

Şərhlər

Menyu