Loubilaque. CHRISTIAN LOUBOUTIN ailəsinin ən yeni üzvü.

image
 

Çin və Yapon mədəniyyətində güzgünü xatırladan, parlaq səthlərə sahib mebel və dekorativ elementlərdən təsirlənən dizayner Christian Louboutin bir-birindən cəzbedici 8 rəngdən ibarət dodaq parladıcısı kolleksiyası ilə qarşımızdadır.

Yüksək piqmentli və parlaq Loubilaque dodaq parladıcıları işığı əks etdirən formulası ilə dodaqlara “güzgü” effekti verməklə bu mövsümün əsas trendinə çevriləcək.

Loubilaque eynilə digər dodaq boyası kolleksiyasında olduğu kimi  Orta Şərq Antik Dövr estetikasınından və “art deko” cərəyanından ilhamlanaraq hazırlanan fərqli qablaşdırması ilə təqdim edilmişdir.
 
 

Hazırladı: Röyalə Hüseynova
 
 

image

image

ll

ll3

Şərhlər

Menyu