Flan. Mətbəxdəki məstedici karamel qoxusu.

image
 
 
Karamelin bal kimi şərbəti ilə qaymağın yumşaqlığının bir-birilə möhtəşəm ahəngi… Üzərinə axıdılan karameli ilə birgə süfrəyə veriən Flanın ləzzəti damağınızdan uzun müddət getməyəcək. Qoxusu ilə mətbəxinizə xoş izlər buraxacaq Flan, praktik hazırlanması ilə də xanımların qəlblərini fəth edəcək!
 
 
Lazım olan ərzaqlar:
– 2 yumurta
– 9 xörək qaşığı şəkər tozu
– 1 çay qaşığı sirkə
– 1 xörək qaşığı su
– 200 ml süd
– 50 ml qaymaq
– 1 çay qaşığı kərə yağı
 
Karamelin hazırlanması:
4 qaşıq şəkər tozu, 1 qaşıq su və sirkəni tavaya əlavə edib qəhvəyi rəng alanadək bişiririk. Krem karameli bişirəcəyimiz qabları yağlayıb, isti karameli qablara əlavə edirik. 1-2 dəqiqə soyuyub şüşə görünüşü almasını gözləyirik.
 
Kremin hazırlanması:
Süd, qaymaq və 5 xörək qaşığı şəkər tozunu ocaqda şəkər əriyənə kimi bişiririk. Yumurtanı başqa bir qabda çırpıb üzərinə isti süddən yavaş-yavaş əlavə edirik. Südlü qarışığı süzgəcdən keçirib, karamellərin üzərinə əlavə edib falqayla bağlayırıq. Sobaya qoyacağımız qaba yerleşdiririk və qaba ilıq su əlavə edirik. 160°C-də 50 dəqiqə bişiririk. Süfrəyə verməzdən əvvəl bir neçə saat soyuducuda gözlətməyiniz məsləhətdir.
 
Nuş olsun!
 
 
Hazırladı: Şamaxı Həşimova
 
 
image

image

image

image

image

Şərhlər

Menyu