Master-Klass! “MERCI BAKU FLOWERS” vintaj ustası Darya Zquranı Bakıya dəvət edir!

image
 

Vintaj tərzi interyer dekorasiyasında müasir dövrün ən dəbli istiqamətlərindən birinə çevrilmişdir. Vintaj tərzində əhəmiyyətli olan, köhnəliyi ilə nostalji anlar yaşadan vintaj parçalarla müasir dövrün dekorativ fikirlərinin birlikdə harmoniya təşkil etməsidir. Bu üslub vasitəsilə lazımsız adlandırdığınız, nənə-babalarınızdan qalan əşyalara öz kreativliyinizi qataraq interyerinizə vintaj tərzinin ecazkar şarmını bəxş edə bilərsiniz.

Elə isə, interyerdə vintaj sənətini öyrənmək arzusunda olanlara şəhərin ən sevimli gül butiklərində olan “Merci Baku Flowers”- dən xoş xəbər! Azərbaycana ilk dəfə səfər etmək qərarına gələn qazaxıstanlı qonağımız, tanınmış dekorator Darya Zqura  “Merci Baku Flowers” gül butikinin dəstəyilə “Vintaj” adlı prezentasiyası ilə adı çəkilən tərzin ən gözəl nümunələri, Darya Geyler müəllifli boyaların köməkliyi ilə mövcud olan əşyalara vintaj nəfəsi vermək, ev dekorasiyasında vintaj tərzinin yaradılması haqqında danışaraq maraqlı, bir o qədər də yaradıcı master-klass keçirəcək.
 


 

Vintaj tərzli əşyaların axtarışı əvəzinə, daim öz fantaziyasının məhsullarından istifadə edən Darya Zqura çamadanlar, masalar, yataq başlığı, köhnə qapılardan istifadə etməklə vintaj tərzinin ən gözəl nümunələri ilə master-klass iştirakçılarına bu sənətin ən faydalı incəliklərini aşılayacaq.

Təqdimat 6 avqust tarixində “Merci Baku Flowers” gül butikində keçiriləcək.

Giriş pulsuzdur!
 
 

Ünvan: İstiqlaliyyət küçəsi 69H
Əlaqə nömrələri:
+994(50) 228 24 42
+994(12) 492 10 66
 
 
dd4

d1

d2

d3

vv

vv2

v7

v2

v4

v8

v9

v10

v11

 
 

Şərhlər

Menyu