KİNO|“Kralın Dərzisi”. Cənubi Koreya saray dəbinin tarixinə səyahət.

Scan10007

 

Yəqin ki, bir çoxumuz Cənubi Koreyanın çəkmiş olduğu film və dramların özünün yüksək keyfiyyəti və bir-birindən maraqlı süjet xətləri ilə fərqləndiyini bilirik. “Kralın dərzisi” məhz belə filmlərdəndir. Filmin baş rolunda Park Şin- Hye kimi məşhur və istedadlı aktrisanın olması belə bizə filmin uğurundan xəbər verir.

Filmdə hadisələr Cənubi Koreya üçün olduqca böyük tarixi əhəmiyyət kəsb edən Joson dövründə baş verir. “Kralın dərzisi” filmində izləyicilər kral təbəqəsi xanımlarının libaslarının hazırlanma prosesi ilə tanış olur. Eləcə də, filmdə saray həyatının iç üzü- məhəbbət, xəyanət, arzular, şəhvət, qısqanclıq səhnələri aydın təsvir edilir.
 

coverr

01111111
 

Hekayədə hadisələr kral ailəsinin baş dərzisi olan Dol-Seok və onun kimi bu sahədə istedadlı olan və gənc  yaşına baxmayaraq öz dövrü üçün yaradıcı fikirlər irəli sürən Koq-İnin ətrafında cərəyan edir. Gənc dərzi izləyicilərə geyimin insanı deyil, insanın geyimi daşıdığını, dərzilikdə və dəb sahəsində qaydaların olmadığını çatdırır. Əminliklə qeyd etmək lazımdır ki, filmin həyəcanlı süjet xətti onu maraqla izləməyə, eləcə də Cənubi Koreya mədəniyyətinə xas zəngin rəng çalarları və tarixilə tanış olmağa imkan yaradır.
 
 
Hazırladı: Ülviyyə Novruzova
 
 

 
 

Şərhlər

Menyu