Günümüzdə gəlincik sənəti balacalardan daha çox böyüklərin diqqətini çəkir. Qədim tarixə malik olan bu sahə incə sənətkarlıq tələb etməklə bərabər özündə heykəltaraşlıq, dərzilik, dizaynerlik sahələrini birləşdirir.
Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etmək, bu sənət sahəsinin çağdaş bədii prosesləri ilə sənətsevərləri tanış etmək Cəmilə Cavadovanı böyük xəyallarını kiçik kübar gəlinciklərlə həyata keçirməyə sövq etdi.
Qəhrəmanımızın Olqa Yequpeç, Anna Arbenina kimi sənətkarların əl işlərindən ilhamlanaraq polimer gildən hazırladığı gəlinciklərdə Renessans dövrünün estetikası öz əyani təsvirini tapmışdır.
Zəngin fantaziyası ilə işinə olan dərin məhəbbətinin bir-birinə yansıması nəticəsində yaranan gəlinciklərin hər birinin öz xarakteri var. Kimisi saf, kimisi şıltaq, kimisi isə mənalı baxışlarına görə yadda qalır…
Hazırladı: Röyalə Hüseynova