Gilaslı Milkşeyk. Yay mövsümünün əvəzedilməzi!


 

Qızmar günəş, dəniz, qum… Yay mövsümünün gəlişi ilə sərinləşdirici içkilərə üstünlük verməyə başlayırıq. Gilaslı milşeyk bu günlərdə sizin əvəzedilməziniz olacaq. Dadı qədər bəsit hazırlanma üsulu ilə xanımların sevimlisi olacaq gilaslı milşeyk tərkibinə görə də faydalı hesab edilir. 
 

Lazım olan ərzaqlar:
– 1 stəkan süd
– 2 stəkan çəyirdəyi çıxarılmış gilas
 – 2 ədəd banan
 – 200 qram dondurma
 

Hazırlanması:
Bütün ərzaqları blenderə töküb məhlul halına gətirdikdən sonra milkşeyki stekanlara töküb, yayın sərin içkisini ailənizlə paylaşın.

Nuş olsun!
 
 
Hazırladı: Mujgan Həsənli
 
 

milk 1 copy

milk 2 copy


 
 
 

Şərhlər

Menyu