MARİNE PENCİL CASE qələm qabları. İşgüzarların əyləncəli ofis aksessuarları.

01
 

İşgüzar qadınlar üçün ofis aksessuarları arasında əvəz olunmaz detallardan biri qələm qablarıdır. Xüsusi ilə müasir dizaynlı müəllif imzası daşıyan qələm qabları öz örijinallığı ilə seçilir. MARİNE PENCİL CASE brendinin təqdim etdiyi zərif minimalist, pambıq materialdan hazırlanmış rəngli qələm qabların unikallığı ilə dərhal diqqət çəkir. Ən azı 25 qələmi bir arada saxlayan bu qələm qabı ilə sevdiyiniz karandaş və qələmlərinizi itirmədən çantanızda asanlıqla tapa biləcək, eləcə də işgüzar görüşləriniz zamanı ətrafınızdakılarda peşəkar təəssürat bağışlayacaqsınız.

Gündəlik istifadə üçün davamlı və praktik bu qələm qabları tez bir zamanda baxımlı işgüzarların şəxsi dəftərxana favoritləri siyahısında yer alır. Bu aksessuar çantanızda asanlıqla yer alması ilə bərabər, iş masanızın ümumi düzümünə minimalist estetika yaradacaq. Aksessuar açıq çəhrayı, açıq mavi və narıncı rənglərində olmaqla ənənəvi ofis atmosferinə əyləncəli ab-hava toxundurur.  
 
 

Hazırladı: Nazlım Veyisova
 
 

marine-pen-case-from-mochithings-03-600x443

1aedd0fd1dadd8865088a990092f2615

marine-pen-case (1)

01

03

 

Şərhlər

Menyu