TREND | Iyulun Seçməsi | Printli Palazzo Şalvarlar

 image

 

Günəşin qızmar üzünü göstərməsiylə rahatlığın ön planda olduğu və mövsümün rəngarəng ab-havası ilə ahəng təşkil edən müxtəlif printli palazzo şalvarlar bu mövsümə iz qoyacaq trendlər arasında ilk başda gəlir. Palazzo şalvar modelləri keçmişdəki zərif tərzini qoruyaraq yeni və əyləncəli printləri ilə vitrinləri və küçə dəbini bəzəməyə davam edir.

İstər sport, istərsə də eleqant tərzdə kombin edilə bilən palazzo şalvarlar bu mövsüm bohem tərzin etnik ruhunun, həndəsi ştrixlərin kəskin duruşunun, nəbatət naxışlarının xoş havasının və sadəliyin şıq formasının vahid harmoniyası hesab edilə bilər.

Bohem şıqlığı, eləcə də eleqantlıq nümunəsi olan bu şalvarlar dəstləşdirildiyi kombinlərlə də diqqət çəkir. Əsasən yay mövsümünə uyğun bol kəsimləri ilə rahatlıq təmin edən, rəng və print alternativləri ilə gündəlik və ofis obrazının bir parçasına çevrilən palazzo şalvarlarının küçə dəbində əsasən qısa toplar və ya enli köynəklərlə kombin edildiyinin şahidi oluruq.
 
 
Hazırladı: Röyalə Hüseynova
 
 
image

image

image

image

image

image

image

image

image

image

image

image

image

image

image

Şərhlər

Menyu