IRADA brendinin növbəti sintezi mövsüm kolleksiyasında

04
 

Daim özündə pozitiv notları əks etdirən İRADA brendi hər yeni kolleksiyası ilə hicablı xanımları özünə bir daha aşiq edir. Brend yay mövsümü üçün nəzərdə tutulmuş yeni kolleksiyasını artıq dəb sevərlərin ixtiyarına verib. İstirahət və tətil üçün nəzərdə tutulan kolleksiya geniş seçim çeşidi və qadınsı silüetləri ilə seçilir.

Brendin yeni kolleksiyasında, həmçinin hicablı xanımları heyran edəcək incə güpürün zərif toxunuşu ilə diqqət çəkən abaya modelləri də təqdim olunur. Dəbdəbəli cazibəsi, Şərq koloriti və fransız sayağı şıqlığın ahəngini özündə əks etdirən donlar özəl günlərdə xanımlara özünəməxsus şıqlıq qatır.

Bundan başqa, kolleksiyada üzəri çiçək printləri ilə bəzədilmiş, gündəlik və istirahət zamanı böyük rahatlıqla geyinə biləcəyiniz don və ətəklər də mövcuddur. Yay mövsümünün qızmar günəşli günlərində sahibəsinə rahatlıq və sərinlik bəxş etməsi üçün geyimlərin hazırlanmasında pambıq və ipək parçalardan istifadə olunmuşdur. Yay tətilini unudulmaz əlvan rənglərlə tamamlamaq istəyən hicabistalar İRADA brendinin yay kolleksiyasını qaçırmasın.
 
 

Hazırladı: Mənsurə Məmmədəliyeva

 
 

05

06

07

11

12
19

14

13

16

_DSC1251

 

 

Şərhlər

Menyu