“Müsbət 40 dərəcə”. İfaçı Raufun ritmik yay solo konserti baş tutacaq.

image
 

Əyləncəli musiqi sədaları altında rəqs etməyə hazırsınız? Günümüzdə gənclərin musiqi favoriti, yerli ifaçılar arasında diqqət çəkən musiqiçi, hər növbəti xiti ilə qəlbləri fəth edən Raufun 29 iyul tarixində “Mambo Beach” istirahət mərkəzində ilk solo konserti baş tutacaq.

Eləcə də, DJ Vugarixxin iştirak edəcəyi “Müsbət 40 dərəcə” adlı solo konsert qonaqlarına sonsuz əyləncə, rəqs etməyi sevənlər üçün isə ritmik ab-hava vəd edir. Gecədə məşhur xitlərinin sədaları altında bir an olsun belə yerində durmayacaq qonaqları ard-ardınca səslənən musiqili proqram və unudulmaz yay əyləncəsi gözləyir.
 

Biletlər üçün: +994 50 463 90 90

Ətraflı: https://www.facebook.com/events/1068826506545369/
 
 
Hazırladı: Röyalə Hüseynova

Şərhlər

Menyu