Arzuların flakondakı əksi! Mövsümün bihuşedici yay ətirləri.

1

 
 

Bihuşedici parfüm kompozisiyasının yaradılması əsl incəsənətdir. Stefan Ellinek ətirləri “arzuların flakondakı əksi” deyə dəyərləndirmişdir. Düzgün seçilmiş ətir sizin xarakterinizi ifadə etməklə yanaşı, obrazınızın tamamlanmasında da böyük rol oynayır.

Hər mövsümün öz geyim trendi olduğu kimi parfümlər də dizaynerlər tərəfindən mövsümünə görə hazırlanır. Yay mövsümünün gəlməsi ilə tək qarderobumuz deyil, istifadə etdiyimiz parfümlərdə də dəyişiklik etməyə ehtiyac duyuruq. Hərarət, günəş və dəniz qoxusunu özündə cəmləşdirən, eyni zamanda hər kəsə uyğun parfüm seçimi etmək qadınları düşündürən önəmli məqamlardan biridir. Ətrafınızdakıları cəzbedici ətri ilə məst edəcək top 5 parfüm seçimini sizlərə təqdim edirik.
 
 
 
 
 

la-nuit-tresor-lancome

LANCOME “La Nuit Tresor”

Ulduzlararası əsrarəngiz yaxınlaşmadan ilham alaraq hazırlanan, qara gül və Tahiti orxideyası notlarının harmoniyasından yaranan parfüm, sanki XXI əsrin sevgi eliksiridir! Ovsunlayıcı və sirli olmağı sevən qadınlar üçün ideal bir qoxu hesab olunan “La Nuit Tresor” parfümünün qablaşdırmasında istifadə olunan qara gül ilə qara qızılgülün qaranlıq və iddialı tərəfi vurğulanmışdır.

 
 
 
 
 
01

ELİE SAAB “L’Eau Couture”

Təzə badamın yumşaq qoxusu, vanil şirinliyi və portağal çiçəyinin ahəng təşkil etdiyi parfüm yumşaq notlarda, fərqli və eyni zamanda zərif parfüm arzusunda olan sofistik qadınların sevimlisi olacaq. Orijinal qoxusu ilə təbiətin məftunedici gözəlliklərini kəşf etməyə, xəfif qoxusu ilə həyəcan dolu macəralara dəvət edən parfüm zərif kristal qablaşdırması ilə də diqqət çəkir.

 
 
 
 
 
11111

SHİSEİDO “Ever Bloom” 

Parfüm markanın digər ətirləri kimi Şərq – Qərb ziddiyyəti anlayışından ilham almışdır. Nəzakət və güc arasında tarazlıq quran ətir bəyaz çiçək tonları ətrafında portağal çiçəyi və qardeniya notlarını birləşdirir. Parfüm qadınların gerçək və bənzərsiz gözəlliyini ifadə etmək üçün əvəzsiz seçimdir.

 
 
 
 
 
image

MARC JACOBS “Daisy Eau So Fresh”

Gənc ruhlu, qadınsı, əylənməyi sevən romantik qadınlar üçün əvəzedilməz olan parfümün qoxusu qədər maraqlı qablaşdırması da diqqət çəkir. Çəhrayı qreypfrut, armud, alma çiçəyi, yasəmən, bənövşə, sidr və müşk qoxularının ahəng təşkil etdiyi meyvəli və çiçəkli bir qoxu olan “Daisy Eau So Fresh” yay mövsümü üçün ideal seçimdir.

 
 
 
 
 
image

GUCCİ “Bamboo”

Brendin məşhur bambuk dizaynlı kolleksiyasına aid olan bu parfüm yay mövsümündə özünə güvənən, iddialı xanımların əvəzedilməzi olacaq. Tərkibindəki bəyaz çiçək və odun notlarının cəzbedici harmoniyası parfümə zərafət və sirr qatır.

 
 
Hazırladı: Nigar Sani

 
 

Şərhlər

Menyu