Seulda CRES. E DİM brendinin yeni kolleksiyası nümayiş olundu

cres-e-dim-seoul-spring-2016-collection-000
 

Cənubi Koreyanın yerli brendi CRES.E.DİM Seul moda həftəsində yeni kolleksiyasını moda həvəskarlarının ixtiyarına verdi. Brendin təqdim etdiyi yeni mövsüm kolleksiyası özünün əlvan rəng palitrası və həndəsi struktura malik geyimləri ilə diqqətləri cəlb etdi.

Geyimlər yüngül denim parçadan və hava keçirən materiallardan hazırlanmışdı. Bu mövsümün ən trend rəngləri olan açıq mavi və kirşan çəhrayısının istifadə olunduğu kolleksiyanın əsasını yüngül sviterlər, toplar, zolaqlı boş şalvarlar, qeyri-adi kəsimli donlar təşkil edir.

Dizaynerlər geyimlərin üzərində müxtəlif sirk atributları təsvir etməklə dəbsevərlərə ironiya ismarıclı kolleksiya təqdim etdi. Kolleksiyasında yalnız gündəlik və rahat geyimlər yaratmaqla kifayətlənməyən dizayner Seulun müasir dəb ruhunu geyimlərində də əks etdirmişdir. Diqqət çəkən cəhətlərdən biri də geyimlərin əksəriyyətində brendin emblemindən istifadə olunması idi.
 
 

Hazırladı: Ülviyyə Novruzova
 
 
Cres-E-Dim-ss16-sfw-dh-1

Cres-E-Dim-ss16-sfw-dh-14

Cres-E-Dim-ss16-sfw-dh-9

Cres-E-Dim-ss16-sfw-dh-11

Cres-E-Dim-ss16-sfw-dh-14

Cres-E-Dim-ss16-sfw-dh-17

Cres-E-Dim-ss16-sfw-dh-19

Cres-E-Dim-ss16-sfw-dh-31

Cres-E-Dim-ss16-sfw-dh-38

Cres-E-Dim-ss16-sfw-dh-37

Cres-E-Dim-ss16-sfw-dh-25

Cres-E-Dim-ss16-sfw-dh-42

Cres-E-Dim-ss16-sfw-dh-23

Cres-E-Dim-ss16-sfw-dh-12

 

Şərhlər

Menyu