LES NEREİDES. Cazibəli zinət əşyalarındakı mistik motivlərin sirri.

IMG_9677
 

Qədim Yunan mifologiyasının gözəl ilahəsi, dəniz qızı Nereidadan ilhamlanaraq yaradılan Fransız brendi LES NEREİDES dəb aləminə bəxş etdiyi mistik kolleksiyaları ilə tanınır. Paskal və Enza cütlüyünün xəyallarını reallaşdırmaq üçün yaratdığı brendin klassik və nağılvari tərzi xoşbəxt cütlüyün bir çox ölkələri gəzərək, müxtəlif xalqların zəngin mədəniyyəti və sənətkarlığı ilə yaxından tanış olmaları, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmələri nəticəsində formalaşmışdır.

Hər zaman yenilik axtarışında olan brend Yaz-Yay 2016 kolleksiyasına daxil olan zinət əşyalarında modernizmlə qədim ənənələr arasında uyğunluq yaratmağa çalışaraq klassikadan uzaq olmayan əyləncəli bir kolleksiya təqdim etmişdir.

Əlvan və pastel rənglərin istifadə olunduğu kolleksiya çiçək motivlərinin əlvan aurasından, canlı təbiətin heyrətamizliyindən, miflərin sehrindən ilhamlanaraq hazırlanmışdır. Tamamilə əl işi olan zinət əşyalarında bitki, heyvan, balerina və digər fiqurlardan istifadə olunmuşdur.
 
 
Hazırladı: Röyalə Hüseynova
 
 
IMG_9636

IMG_9641

IMG_9643

IMG_9646

IMG_9647

IMG_9651

IMG_9652

IMG_9653

IMG_9659

IMG_9649

IMG_9631

IMG_9630

IMG_9631

IMG_9637

IMG_9639

IMG_9660

 

Şərhlər

Menyu