“Girl Power”. A-MORIR brendindən güclü xanımların eynək kolleksiyası.

SUM8
 
 

Ledi Qaqa, Niki Minaj, Rihanna, Adam Lambert, Keti Peri, Snup Doq, Beyons kimi məşhur simaların sevimli brendi olan A-MORİR xüsusən sofistik dizayn həlli ilə seçilir. Dizayner Kerin Roz Qold tərəfindən yaradılan yüksək keyfiyyətli eynək brendi Girl Power” adlı yeni eynək kolleksiyasını pərəstişkarlarına təqdim etdi.

Brend 2008-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq, olduqca qısa bir müddətdə məşhurluq qazanmış və Vogue İtaliya tərəfindən “Amerika ulduzlarının favorit markası” laureatına layiq görülmüşdür.

Brendin təqdim etdiyi kolleksiyada al qırmızı, çəhrayı, ağ rənglərdə olan eynəklər müxtəlif çiçək və muncuqlarla bəzədilərək  təkrarolunmaz görüntü qazanmışdır. Dairəvi, ürək və pişik gözü formasında olan eynəklər feminizmin təzahürü olmaqla sahibəsinə iddialı görünüş bəxş edir. Eynəklər brendin özünün də qeyd etdiyi kimi əsl modabazlara həsr olunmuşdur.

 
 
Hazırladı: Ülviyyə Novruzova
 
 

112 (1)

102

092

082

7303320_a-morir-springsummer-2016-collection_t3ecb7091

7303320_a-morir-springsummer-2016-collection_teb58ac99

072

131

121

171

dcb3edd65281810d89eebaf7b1ac6c96 (1)

 

Şərhlər

Menyu