Baku Street Fashion: Port Baku ərazisində küçə dəbi

Hər ay mütəmadi olaraq Bakının müxtəlif ərazilərində keçirilən Baku Street Fashion layihəsinin növbəti çəkilişi müasir Bakının orijinal görüntüsünə özünəməxsusluq qatan Port Baku Mall ərazisində baş tutdu. Bu ərazi paytaxtımızın ən qlamur alış-veriş mərkəzlərindən hesab edilir, onun ətrafında daim dünya markalarına məxsus şoppinq torbaları ilə dolaşan xanımlara rast gəlmək mümkündür.

Bir çoxlarının istirahətə yollandığı bir mövsümdə kameramıza tuş gələn modabazların geyimlərində yayı xatırladan müxtəlif printlər, rəngarənglik hiss olunurdu. Son bir neçə mövsümdür ki, dəbdə olan üsyankar dəb tendensiyası şəhərimizin dəbli sakinlərinin obrazlarında da öz əksini tapmışdır. Al-əlvan tonlar və əyləncə ilə əlaqələndirilən fəsildə minimalist və rahat geyimlərə üstünlük verənlər də az deyildi.

Xatırladaq ki, Zuleykha jurnalında davamlı olaraq keçirilməsi nəzərdə tutulan Baku Street Fashion layihəsi çərçivəsində Bakının müxtəlif küçələrində dəbli şəhər sakinlərini sizlərə təqdim etməyə davam edəcəyik. Layihə çərçivəsində şəhərimizin özünə güvənən modabazlarını çəkilişlərdə iştirak etməyə dəvət edirik! Maraqlananlar hello@zuleykha.az ünvanına yazmaqla bizimlə əlaqə saxlaya bilərlər.
 
 
Hazırladı: Nigar Sani
Foto: Ceyhun Rəhimov
Retouch: Əjdər Nəcəfov

 
 

19
20
Amin Hüseynquliyev / İmicmeyker

 
 
 
1

2
Dinar Qəhrəmanova / Həkim

 
 
 
3

4
 Aytac Hacıyeva / ADRA tələbəsi

 
 
 
5

6
Ayla Mirzəzadə/ Rəssam- dizayner

 
 
 
7

8
Coşqun Əhmədov / Bloqer

 
 
 
9

10
Rəssam-dizayner Füzuli Əliyev və tatu ustası Yana Lu 

 
 
 
11

12
Sayana Əliyeva / Hüquqşünas

 
 
 
13

14
Gülarə Həsənova / Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi

 
 
 
15

16
Mehdi Şərif / Florist- dizayner

 
 
 
17

18
Arxitektor Sevda Eldarzadə və rəfiqəsi Vəfa Riddell 

 
 
 
21

22

Fotoqraf Samir Aslanov və qızı Nuray Aslanova

 
 
 
 

Şərhlər

Menyu