Ramazanda uşaqları xəyal dünyasına səyahət etdirəcək kitablar!

Kitabların uşaqların həyatındakı əhəmiyyəti müzakirə edilməz bir reallıqdır. Açılan hər yeni kitabın səhifələrində balacalar xəyal dünyalarında yeni kəşflər edir, müxtəlif macəraların içərisinə daxil olurlar. İslama görə elm, biliklə məşğul olmaq ən önəmli və fəzilətli ibadətdir. Ramazan ayında valideynlər dinimizin gözəlliklərini və müqəddəsliyini uşaqlara aşılamaq üçün müxtəlif hekayələrin, rəsmlərin olduğu kitablardan istifadə edə bilərlər.

 
 
 

01
 
Xena Xan | Qızıl qübbələr və gümüş çılçıraq

Uşaqların həm əylənib, həm də öyrənə biləcəkləri bu şəkilli kitabda balacalara rəngləri öyrətmək üçün İslam dininin müxtəlif mədəniyyət abidələrindən və əşyalarından istifadə edilmişdir. Mavi hicabdan qırmızı səccadəyə qədər hər bir elementə xüsusi açıqlamalar verməklə kitab uşaqlara bu dinin gözəlliyini və ənənələrini öyrədir.

 
 
 

03
 
Silviya Vitmen| Ramazanda aypara altında

Gözəl illüstrasiyalar və lirik nəsr parçalarından ibarət kitabda müsəlman bir ailənin timsalında Ramazan ayının adət və ənənələri, Ramazanın əsas atributlarından hesab olunan ayparanın hekayəsi öz bədii əksini tapmışdır.

 
 
 

05
 
National Geographic | Müsəlman mədəniyyətindən 1001 ixtira və maraqlı faktlar
İlhamverici və məlumatlandırıcı bu kitab müasir dövrümüzə təsir edən texnoloji inkişaf və müxtəlif ixtiralar ilə əlaqədardır. Misir, Çin, Hindistan və Yunan imperatorluqlarının Müsəlmanlar haqqında söylədiyi maraqlı faktlar sadəcə uşaqların deyil, eyni zamanda valideynlərin də diqqətini çəkəcək.

 
 
 

5
 
Brin Bernard | İslamın Dahiliyi

Orta dövr İslam imperatorluğu fikir və dünyamızı formalaşdıran kəşfləri ilə mədəni və elmi inkişafın mövcud olduğu bir dövrdür. Kitabda İslam və Qərb arasındakı tarixi bağlantıların faktlarını verən yazıçı bununla da uşaqlara İslamın tarixi əhəmiyyətini öyrədir. Kitabda, həmçinin İslamın fəlsəfə, incəsənət, musiqi, astronomiya, tibb sahələrinə özünəməxsus təsirinin əksinə də yer verilmişdir.

 
 
 

02
 
Samia Xan| Mənim Ramazanım

Balaca müsəlman qızın xəyallar dünyasına qərq olaraq Ramazanın əsas atributlarını həndəsi fiqurlar, müxtəlif cisimlər əsasında öyrənməsi təsvir olunmuşdur. Rəngarəng illüstrasiyaların, rəsmlərin əks olunduğu kitabda balaca qızın ailəsi ilə birlikdə keçirdiyi bayramın özünəməxsus adət-ənənələri təcəssüm olunmuşdur. Kitabda ata-qız münasibətlərinə də diqqət çəkilmişdir.
 
 
Hazırladı: Röyalə Hüseynova
 
 
 
 

Şərhlər

Menyu