BELLA KAREEMA Ramazan 2016 kolleksiyasını sərgilədi

BK_S0354
 

Hicablı xanımlar üçün Ramazan ayına özəl yeni kolleksiyasını təqdim edən BELLA KAREEMA isti havalarda sərin saxlayan parçalardan hazırladığı dəbli geyimləri ilə hicablı xanımları sevindirir.

Mahiranə ustalıqla assimmetrik və fərqli kəsimlərdən istifadə edən brend 60-cı illərin dəbindən ilhamlanaraq bohem şıqlığı, azadlıq və təbiətlə vəhdət ideyasını kolleksiyasında əks etdirməyə çalışıb.

Romantik ruhlu və xəyalpərəst qadın obrazının yaradıldığı kolleksiyada müasir və işgüzar xanımlar üçün həm gündəlik, həm də ofis üçün fərqli, rahatlığı ilə seçilən modellər təqdim olunur. Kolleksiyaya daxil olan hər bir geyim İtaliya, İspaniya, Hindistan, Türkiyədən gətirilmiş yüksək keyfiyyətli təbii parçalardan hazırlanıb.

Kifayət qədər geniş rəng palitrasına sahib olan kolleksiyada mövsümün dəbli rəng trendləri də nəzərə alınıb. Yaşıl, mavi, göy, bənövşəyi, firuzəyi, çəhrayı rənglərlə yanaşı açıq pastel tonlarından da istifadə olunub. Müxtəlif ölçülərdə çiçək printli donlar, abstrakt motivli gödəkçələr, enli ətək və şalvarlar sahibəsinə cazibədarlıq və qadınsı gözəllik bəxş edəcək.
 
 
Hazırladı: Mənsurə Məmmədəliyeva
 
 
BK_S0140

BK_S0097 BK_S0126

BK_S0010

BK_S0632

BK_S0311

BK_S0429

BK_S0449
BK_S0466

BK_S0527
BK_S0551
BK_S0176
BK_S0206
2222
BK_S1105  BK_S0685
BK_S1023

Şərhlər

Menyu